Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2267/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 vəkili X2 iştirakı ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Asan Pay ödəniş sistemindən bir müddət əvvəl mobil-nömrəsinə gələn məlumatında 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunduğu göstərilmişdir. Cərimənin hansı inzibati xəta səbəbindən tətbiq edilməsi ona məlum deyildir. Belə ki, yaxın müddətdə onun tərəfimdən hər hansı bir inzibati hüquq pozuntusu törədilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş, protokol və qəbul edilmiş qərar heç bir orqan tərəfindən ona təqdim edilməmişdir. Cərimənin əsası ilə bağlı məlumat əldə etmək istədikdə, telefon vasitəsilə verilən şifahi məlumata görə cərimənin Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tətbiq edildiyi bildirilmişdir. Bu səbəbdən 20 sentyabr 2021-ci ildə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilib- edilməməsi haqqında məlumat verilməsini, edildiyi təqdirdə onun əsasını təşkil edən sənədin (protokol, qərar) rəsmi şəkildə təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətə cavab verilməmiş, hər hansı sənəd təqdim edilməmişdir. Bakı şəhəri Səbail rayonu 39-cu Polis Bölməsinə verdiyi ərizəyə cavab olaraq barəsində tərtib olunmuş protokol və qərar ona göndərilmişdir. Həmin ******* saylı protokolda 05 sentyabr 2021-ci il tarixdə, işlədiyi ünvan 1 ünvanında, İnzibati Xətalar Məcəlləsinin 211.1- ci maddəsini tələbini pozduğu üçün tərtib olunduğu göstərilib və protokol əsasında da dərhal qərar qəbul edilib. Həmin protokol və qərar əsassız və qanunsuzdur. Belə ki, həmin İXM-nin 211.1 -ci maddəsi elektron qaydada protokolu tərtib edilən maddələrə aid deyil. Bundan başqa protokol onun iştirakı olmadan tərtib edilib, protokolu surəti ona təqdim edilməyib, protokolu imzalamaq təklif edilməyib, protokol tərtib olunarkən hüquqları izah olunmayıb bu barədə protokolda qeyd də aparılmayıb, inzibati xətanın mahiyyəti, məhz hansı hərəkəti törətməsi, əməlin nədə ifadə olunduğu, 211.1-ci maddənin tələblərini necə pozduğu protokolda və qərarda göstərilməyib. Bütün bunlar protokolu onun iştirakı olmadan tərtib olunduğu və bu halın inzibati xəta hadisəsinin olmasını istisna etdiyini, beləliklə də inzibati xəta haqqında qərarın ləğv edilməli olmasına dəlalət edir. Tərəfindən hər hansı bir inzibati xəta hadisəsi törədilməmiş, onun iştirakı ila barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş və cərimənin əsası kimi protokol və ya qərar ona təqdim edilməmişdir. Göstərilənlərə əsasən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 vəkili X4 şikayəti müdafiə edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan EXP ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 05.09.2021-ci il tarixdə saat 00:08 radələrində Nizami küçəsində, (Landmarkda) karantin rejimi qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 05.09.2021-ci il tarixdə saat 00:08 radələrində karantin rejimi qaydalarını pozduğundan İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir Qeyd edilməlidir ki, EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda Cəmşid Məmmədovun 05.09.2021-ci il tarixdə karantin rejimi qaydalarını pozduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçinin vəkili məhkəmə iclasında şikayəti müdafiə edərkən göstərmişdir ki, barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş şəxs hər hansı karantin rejimi qaydalarını pozmamış, həmçinin qərardan ümumiyyətlə məlumatsız olmuşdur. Qərarda hansı qaydaları pozulması göstərilməmişdir. Göründüyü kimi şikayətçi heç bir qayda pozuntusuna yol vermədiyini bildirmiş, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin nümayəndəsi dəvət edilsə də, gəlməmiş və bunun əksi olaraq heç bir dəlil göstərməmişdir. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X1 əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Göründüyü kimi Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inziati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2267/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2267/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver