Məhkəmə qərarları › İş №3(009)-2268/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2268/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2268/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Zərərçəkmiş şəxs və Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxslər Zərərçəkmiş şəxs və Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Zərərçəkmiş şəxs və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 1981-ci ildə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, Qumbaşı kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs tərəfindən VAZ 21144 minik markalı, 99R914 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Mercedes Benz C230 minik markalı, 90V9N4R dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Toplanmış materialdan görünür ki, xx xxxxxx 2020-ci il tarixində, saat 08:58-də vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək, idarə etdiyi “VAZ 21014” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mersedes” markalı ** XS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində özü və 1 nəfər şəxsin xəsarət alması barədə məlumat vermiş, Səbail RPİdə araşdırma aparılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs idarə etdiyi “Mersedes C230” markalı 90-XS 741 dövlət nömrə nişanlı avtomaşın ilə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21144” markalı **-LR-*** dövlət nömrə nişanlı avtomaşının toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21144” markalı **-LR-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs dərəcələri təyin edilməyən və həmin avtomaşında sərnişin olan X1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 8/1315 nömrəli ekspert rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mersedes C230” markalı 90-XS- 741 dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, “VAZ- 21144” markalı **-LR-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs Namiq oğlunun hərəkətlərində isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozub yolnəqliyyat hadisəsi törədərək “VAZ-21144” markalı **-LR-*** dövlət nömrə nişanlı avtomaşında sərnişin olan X1 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olduqları üçün sürücülər Şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri vardır. Bu səbəbdən də həmin maddə ilə barələrində inzibati qaydada ölçü götürülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Səbail RPİ DYPŞ-yə göndərilmişdir. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, “Mersedes C230” markalı **-XS-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08:30 radələrində idarə etdiyi avtomaşın ilə Bakı şəhəri Səbail rayonu Sədərək ticarət mərkəzi istiqamətində üzü şəhər istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olan zaman qarşı istiqamətdən hərəkətdə olan “VAZ 21114” markalı avtomaşın onun hərəkətdə olduğu zolağa çıxdığı üçün o, avtomaşını sola doğru istiqamətləndirərək hadisədən yayınmaq istədikdə həmin avtomaşın da sağa doğru istiqamətləndiyi üçün yolun sol zolağında toqquşmuşlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və “VAZ 21114” markalı avtomaşında olan sərnişin xəsarət aldıqları üçün təcili tibbi yardım avtomaşını gələrək onları müayinə etmişdir. Şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, “VAZ 21114” markalı 99LR-914 dövlət nömrə nişanlı avtomaşını etibarnamə və “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08:30 radələrində idarə etdiyi avtomaşın ilə Bakı şəhəri Səbail rayonu Salyan şossesi ilə hərəkətdə olaraq üzü “Sədərək” Ticarət Mərkəzi istiqamətində dönüş edib yolun sol hissəsi ilə üzü “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkətdə olan zaman qarşı istiqamətdən gələn“Mersedes”markalı avtomaşın ilə yolun orta hissəsində toqquşmuşlar. Bundan sonra onun idarə etdiyi avtomaşında sərnişin olan şəxs xəsarət aldığı üçün təcili tibbi yardım avtomaşını gələrək ilkin tibbi yardım göstərmişdir. Baş vermiş yolnəqliyyat hadisəsindən öncə toqquşduğu avtomaşını təxminən 200 metr məsafədən görmüş və hadisə zamanı onun idarə etdiyi avtomaşının sürəti təxminən 60-70 km/saat olmuşdur. Zərərçəkmiş şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Zərərçəkmiş şəxs və Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Zərərçəkmiş şəxs və Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və onların hər biri ayrılıqda 200 (iki yüz) manat məbləğində cərimə edilməlidirlər. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar