Məhkəmə qərarları › İş №3(009)-2269/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2269/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2269/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı “xxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nizami RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: “xxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxxx” MMC onun mülkiyyətində (istifadəsində) olan “Hyundai” (minik) markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verməmişdir. Bununla da, “xxxxxxxxxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin “xxxxxxxxxxx” MMC-yə ünvanladığı məktubdan görünür ki, həmin məktub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 92a, məhəllə 30 ünvanına göndərilmişdir. Halbuki iş materiallarında olan İnternet Vergi idarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “xxxxxxxxxxx” MMC-nin hüquqi ünvanı ünvan 3 2023-cü məhəllədir. Göründüyü kimi “xxxxxxxxxxx” MMC-nin hüquqi ünvanı Səbail rayonu ərazisində deyil, Nizami rayonu ərazisində olduğu üçün inzibati xəta hadisəsinin törədilmə yeri də Nizami rayonu hesab edilməlidir. Buna görə də, “xxxxxxxxxxx” MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə qaytarılmalı, həmçinin izah edilməlidir ki, natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə qaytarılsın. İzah edilsin ki, mövcud natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar