Məhkəmə qərarları › İş №3(009)-227/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-227/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-227/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X1 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən X6 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı, 23 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, R.Behbudov 8.23 ünvanında X6 yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatları verməmiş, həmçinin pozuntu ilə bağlı aktın tərtibinə şərait yaratmamışdır. Nəticədə, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 və X7, protokolu müdafiə edərək, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bildirmişdir ki, o, 18% ƏDV (Əlavə dəyər vergisi) ödəyicisidir, və öhdəsinə düşən vergi borcunu vaxtı-vaxtında ödəyir, vergi məmurları cərimə yazmaq istədikləri zaman mütləq bir bahanə tapırlar. Bu dəfəki bəhanə-kolqotqa olmuşdur. Keçən il 16 mart 2023-cü ildə bazanın inteqrasiyası ilə məşğul olan şirkətə müraciət etmiş və bu işin qarşılığında 700 azn ödəməli olacağını öyrənmişdir. 03 may 2023-cü ildə Dövlət Vergi Xidmətinin reydi zamanı ona integrasiya etmədiyi üçün akt tərtib edilmiş və cərimə yazılmışdır. 12 iyun 2023-cü ildə də o, lokal vergi idarəsinə gedib protokol aktının və yazilan 1000 azn cərimənin ləgv edilməsini xahiş etmişdir. Bu çətin vəziyyətdə (pandemiya dövrünü nəzərdə tutur) belə cərimələr xəbərdarlıqsız yazılmamalıdır (öncədən təlim keçirilməlidir və sonra tələb olunmalidir). Buna baxmayaraq eyni gündə şəxsi vərəqəsindən 1000 AZN silindi, 3 bankdan kredit alaraq sahibkarliq fəaliyyətini davam etdirməyə çalışır. 20 iyun 2023-de kassa aparatı yeniləmək üçün Omnitech şirkətinin yerləşdiyi ünvana aparmış və dedikləri protokola əsasən proqramı yeniləmişdir. 23 yanvar 2023 ildə saat 11:51-11:55 radələrində yoxlaniş adi ilə vergi xidməti müşaviri X11 oglu kicik vergi xidməti müşaviri X2 qizi gəlmişlər. Onların ona qarşı qurduğu hərəkət planlı şəkildə olmuşdur. Onlar 2 corab (10 azn) 1 ayaqqabı icliyi (29 azn) cəmi 39 AZN-lik alış etmişlər. O da onlara satış çekini təqdim etmişdir. Onlar mağazadan çıxmışlar ve 5 dəqiqə sonra geri daxil olub demişlər ki, biz sizdən kolqotqa aldıq, çekdə isə corab yazılıb və bu mövzuda aralarında mübahisə yaranmışdır. Və o, onlara demişdir ki, kolqotqa Azərbaycan sözü deyil Azərbaycan Dilində orfoqrafiya lüğətində kolqotqa sözü yoxdur! Elmdə yoxdur! Rusiyada var! Xahiş edir ki, kolqotka sözünün Azərbaycan dilində olub-olmamasini rəsmi şəkildə aydınlaşdırılması üçün ekspertiza təyin edilməsi barəsində qərardad qəbul edilsin. Əgər aparılacaq ekspertizanın nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasinin Nəsimi adina Dilçilik İnstitutu kolqotqa sözünü bizim rəsmi orfoqrafiya lüğətin də olduğunu təsdiq edərsə, o zaman Dövlət Vergi Xidmətinin ona qarşı olan əsassız və qanunsuz ittihamın qəbul edəcək. Əlində başqa mağazalardan 1,2 çek var və burda rus sözlərindən istifadə olunub (domashniy çovdar zirə ilə, kolqoti zhenskie). Respublika da belə hallar olduğu zaman o, öz dilində yazdığı üçün ona əsassız, qanunsuz və planlı şəkildə irad tutulur. Vergi xidməti müşavirləri ona irad tutmuşlar ki, o, onlara niyə 2 çek vermişdir. Dərhal sonra o, 195 qaynar xəttinə zəng edərək verdiyi suala Mən müştəriyə eyni an da 2 çek verə bilərəm? Cavab Məhdudiyyət yoxdur deyilmişdir. Yenə bu bir anlama gəlir ki, müfəttişlər əsassız, qanunsuz, planlı şəkildə şərləməyə yönəlmişdirlər. Milli Məclis sahibkarlıq sahəsində yoxlamaların daha bir il müddətinə dayandirilmasini təsdiqləyib. 01 yanvar 2025-ci ilə qədər uzadılıb. 02 fevral 2023-cü tarixində ona göndərilmiş bildirişdə göstərilmişdir ki, ona qarşı inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə istinad edilir. O, Dövlət Vergi Xidmətinin həmin 2 əməkdaşına qarşı maddədə qeyd olunan hərəkətlərin heç birini etməmişdir. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə. Bunlar yanlış məlumatdir, buna aid sübutlar var. Onların mübahisələri kolqotqa-corab sözü üzərində olmuşdur. Dövlət Vergi Xidmətinin ona qarşı tamamilə qanunsuz və əsassız hərəkət edən həmin 2 əməkdaşın haqqında qanuni tədbirlər görülməsi üçün aidiyyati olan orqanlara müraciət edəcəyini bildirmişdir. Yuxarıda sadalanlari nəzərə alaraq, məhkəmədən, ona qarşı qaldırılmış həmin inzibati işin tamamilə əsassız və qanunsuz olması və aktın ləgv edilərək işin rədd edilməsi barəsində qərar qəbul olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X3 yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatları vermədiyi, həmçinin pozuntu ilə bağlı aktın tərtibinə şərait yaratmadığı müəyyən edilmişdir və bu səbəbədən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələbini pozmuşdur. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********9189 saylı, 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X5 məxsus olan obyektdə 22 yanvar 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında Protokol tərtib etmiş oraqan nümayəndələri X1 və X4 bildiridiklərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 23 yanvar 2024-cü il tarixli akt ikiyə bölünmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 həmin aktın onun tərəfindən zədələnmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tərkibi var və ona cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar