Məhkəmə qərarları › İş №3(009)-2271/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2271/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2271/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqındaxx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixində, saat 01:00-da Səbail RPİ-nin PPXB-nin 3475 çağırışlı əməkdaşı Səbail RPİ-nin Növbətçi hissəsinə məlumat verərək, Səbail rayonu, “Azneft dairəsi” yaxınlığında 1989-cu il təvəllüdlü X1 idarə etdiyi “Toyota Prius” markalı 99-VT- 610 dövlət qeydiyyat nişanlı avtomobillə 1981ci il təvəllüdlü Şəxs idarə etdiyi “Tofash” markalı 90SH051 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobildə sərnişin qismində olmuş 1981-ci il təvəllüdlü X2 xəsarət almasını bildirmişdir. Həmin qərar əsasında cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Səbail RPİnin DYPŞ-nin vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində özünə məxsus olan və idarə etdiyi “Tofash Shahin” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Azneft” dairəsini keçib Bayıl istiqamətinə doğru, Neftçilər prospektinin 2-ci zolağı ilə hərəkətdə olarkən önündə hərəkət edən Səidə Abdullayevanın idarə etdiyi “Toyota Prius” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən yolda dayanmış, həmin vaxt o, tormoz əyləcindən istifadə etmiş, lakin ara məsafəsi az olduğu üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə “Toyota Prius” markalı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Hadisə zamanı avtomobilinin qabaq alın şüşəsi sınmış və müştəri Arzu Qurbanov adlı şəxsin sağ qaş nahiyəsinə xəsarət yetirmişdir. Hadisə yerinə gələn PPX-ti əməkdaşı “Təcili tibbi yardım” briqadası çağırmış və “Təcili tibbi yardım” maşını Arzunu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Sonra polis əməkdaşı hadisəni sənədləşdirmişdir. İşin mahiyyəti üzrə sualları cavablandıran Şəxs qeyd etmişdir ki, hadisə Səbail rayonu, Neftçilər prospekti 69 ünvanında, əks istiqamətli yolun “Azneft” dairəsi istiqamətindən Bayıl istiqamətinə doğru hərəkət hissəsinin 2-ci zolağında baş vermiş, hadisə baş verən anda “Toyota Prius” markalı avtomobil dayanmış vəziyyətdə olmuşdur. O, avtomobili 50 km/saat sürəti ilə idarə etmiş, təhlükəni “Toyota Prius” avtomobilin dayandığını gördüyü və ona 10 metr məsafə qalmış hiss etmiş, refleks olaraq tormoz əyləcini basmış, lakin məsafə yaxın olduğuna görə, qəzadan yayına bilməmişdir. Toqquşma idarə etdiyi “Tofash Shahin” markalı avtomobilin qabaq hissəsi ilə “Toyota Prius” markalı avtomobilin arxa hissəsi arasında baş vermişdir. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və bununla bağlı müayinədən keçmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamış, həmin vaxt avtomobilidə Arzu Qurbanovdan başqa sərnişin və artıq yük olmamışdır. Avtomobili “xxxx” ASC-də icbari sığorta olunmuşdur. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və qəza zamanı avtomobilinin əsasən qabaq hissəsi zədələnmiş, kapot, qabaq sağ və sol qanadlar əzilərək içəri doğru deformasiyaya uğramış, ön bamper və ön barmaqlıq qırılmış, qabaq alın şüşəsi və qabaq işıq cihazları sınmışdır. Şəxs baş vermiş hadisə ilə bağlı səhvini başa düşdüyünü və etdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında bildirilmişdir ki, 1998ci ildən ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində yaşadığı evə getmək üçün *0404 taksi şirkəti vasitəsilə taksi sifariş etmiş və sifarişə gələn, sonradan adı ona məlum olan Mirseymur adlı şəxsin idarə etdiyi “Tofash Shahin” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Azneft” dairəsini keçib Bayıl istiqamətinə doğru hərəkətdə olan zaman sərnişin qismində olduğu avtomobil qabaq hissəsi ilə önlərində olan “Toyota Prius” markalı avtomobilin arxası ilə toqquşmuşdur. Zərbə nəticəsində avtomobilin alın şüşəsi sınmış və şüşə qırıqları onun sağ qaş nahiyəsinə dəyib, xəsarət yetirmişdir. Hadisə yerinə gələn PPX-ti əməkdaşı “Təcili tibbi yardım” briqadası çağırmış və “Təcili tibbi yardım maşını” onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Orada onu müayinə etmiş və ilkin tibbi yardım göstərib, evə buraxmışlar. İşin mahiyyəti üzrə sualları cavablandıran Arzu Qurbanov qeyd etmişdir ki, hadisə Səbail rayonu, Neftçilər prospektindəki yolun 2-ci hərəkət zolağında baş vermiş, hadisə baş verən anda “Toyota Prius" markalı dayanmış vəziyyətdə olmuşdur. O, avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş, həmin vaxt mobil telefona baxdığı üçün hadisənin necə baş verdiyini görməmişdir. Təhlükəni olduğu avtomobil tormozlama edərkən və eyni anda baş verən toqquşma zamanı hiss etmişdir. Zərbə nəticəsində avtomobilin qabaq alın şüşəsi sınmış və şüşə qırıqları sağ qaş nahiyəsinə dəyib xəsarət yetirmiş, başqa heç bir xəsarəti yoxdur. Sərnişin qismində olduğu avtomobil təxminən 40-50 km/saat sürəti ilə hərəkətdə olmuşdur. “Toyota Prius” markalı avtomobilin dövlət qeydiyyat nişanına fikir vermədiyi üçün bilmir, lakin həmin avtomobilin sürücüsü qadın olmuşdur. Zərərçəkmiş şəxs Arzu Qurbanov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı Şəxs heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar