Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2274/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru polis kapitanı X2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-vəkil X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Oğlunun iştirakları ilə, xx.xx.2002-ci il il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 13-də qeydiyyatda olan və Xəzər rayonu, Gəncə prospekti 77, mənzil 94-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru polis kapitanı X6 protokolları müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 ifadəsində rədd qərarı ilə razı olmadığını, hüquqi şəxsə 500 manatdan yuxarı məbləğdə ziyan dəydiyini, dəymiş ziyan əsassız olaraq 255 manat qiymətləndirdiyini, işin natamam araşdırıldığını, prosessual pozuntulara yol verildiyini cinayət tərkibin olduğunu bildirərək işi tam hərtərəfli araşdırılması üçün geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində Şəxs yaxınlaşaraq onu 39-cu PB-nə dəvət etsədə o gəlməkdən imtina etdiyini və bununla tabesizlik göstərdiyini və bölməyə avtopatrul vasitəsilə təmin olunduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa (sahə inspektoruna) həvalə edilmişr. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-vəkil X4 tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdən görünür ki, iş materialı düzgün araşdırılmadığından qiymətləndirilmədiyindən,cinayət işinin başlamasından rədd qərarı zərərçəkmişə təqdim edilmədiyindən, həmin qərardan şikayət hüquqları məhdudlaşdırılmaqla inzibati xəta kimi tövsif edildiyindən iş geri qaytarılmalıdır. Belə ki, rədd qərarında dəymiş ziyan əsassız olaraq 255 manat qiymətləndirilmişdir. Halbuki, onlar öz müraciətlərində dəymiş ziyanı xüsusi olaraq vurğulamışdılar, oğurlanan İOT sistemi məhv edilmiş skuterin öz dəyəri (tək 1) 400 USD, İOT sistemi isə 150 USD-dir. Skuterin vətəndaşın qoyduğu onlara məxsus son məntəqədən icazəsiz sistemdən ayrılmaqla aparılması, kənar ərazidə ona müdaxilə edilməsi, beynin İOT sisteminin qırılaraq (150 USD) sim kartın çıxarılması, bir neçə gün sonra(onlara dəqiq məlum deyil) skuterin başqa bir ərazidə atılması, günlər sonra yararsız (İOT sistemi sındırılmış) halda tapılması artıq oğurluq cinayət tərkibinin, (skuterin və İOT-in dəyəri 550 USD= 935 AZN) yaranmasına cinayət tam başa çatıb) habelə CM 186-cı maddəsində qeyd edilən əmlakı qəsdən mehv etmə və ya zədələmə cinayət tərkibinin yaranmasına əsasdır. Bununla yanaşı bütün bu işlər onlara və istintaqa məlum olan Wingzin yeganə rəqibi Jet şirkıtinin əməkdaşları (4-5 nədərdən çox – hal-hazırda icraat qəsdən müxtəlif polis bölmələrində araşdırılma üçün ayrılmışdır). Tərəfindən eyni zaman çərçivəsində, eyni texnikayla, qabaqçadan əlbir bir qrup şəxs tərəfindən törədilib və cinayət işi tam hərəkətli araşdırılmaq üçün geri qaytarılmalı, icraatlar birləşdirilməlidir. Məhkəmə zalında tanış olma imkanı əldə etdiyi rədd qərarından da görünür ki, müvafiq qərarı yazan şəxs öz yanaşmasını təkzib edir, əməldə cəmi 255 AZN zərar vurulduğunu qeyd edib inzibati xəta tərkibi olduğunu vurğulasa belə, maraqlıdır ki, qərarda həmin şəxsin məhz 10 belə sim kart oğurladığını, yəni 10 İOT sistemini məhv elədiyini göstərir. Qərarı yazan şəxsin məntiqiylə yanaşsaq belə 10*255 AZN= 2550 AZN edir və artıq cinayət tərkibi var. İşin natamam araşdırıldığını, prosessual pozuntulara yol verildiyini, açıq aşkar cinayət tərkibi olduğunu nəzərə alıb geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - vəkil X1 vəsatəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarix, saat 18:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2274/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2274/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver