Məhkəmə qərarları › İş №3(009)-2275/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2275/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2275/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 07 noyabr 2021ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail RPİ-nin DYPŞ -nin 07 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Səbail Rayon DYPŞ-nın, polis kapitanı X1 tərəfindən barəsində 07 Noyabr 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Qeyd edilən qərarda onun 13 oktyabr 2021-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində “X8 Yük” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXMnin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyi göstərilmişdir. Qeyd etdiyi iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından aşağıdakılara əsasən hesab edir ki, mənim barəmdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğu üçün ləğv edilməlidir. İlk növbədə yolnəqliyyat hadisəsinin baş verdiyi Badamdar şossesi, yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur və həmin yol ikitərəfli 4 (dörd) zolaqdan ibarətdir. O 13.10.2021-ci il tarixdə həmin yolun sağ zolağı ilə hərəkət edərkən svetofora çatmamış qarşısında təxmini 4(dörd) və ya 5(beş) park vəziyyətində dayanmışdır. Bu səbəbdən o sağ zolaqdan sol zolağa keçmək məcburiyyətində qaldığı üçün müvafiq istiqamətə (sol zolağa) dönmək üçün xarici işıq siqnalını yandıraraq sol zolağa keçib svetoforun qırmızı yəni qadağaedici işığında dayanmışdır. Yol- nəqliyyat hadisəsinin digər iştirakçısı “Tofaş Şahin minik” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 arxadan müxtəlif təhlükəli manevrlər edərək həm park vəziyyətində saxlanılan maşınlarla onun idarə etdiyi nəqliyyat vasitəsinin arasında yənin düz xəttin üzərində saxlamışdır. Həmin yolda svetoforun yaşıl işığı yanarkən o hərəkət edəndə idarə etdiyi nəqliyyat vasitəsinin sol arxa qapısına toxunmuşdur. Bununlada məlum olurki, “Tofaş Şahin minik” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublilasmm qanununda nəzərdə tutulmuş müddəalar pozulduğundan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilməldir. Hadisə baş verdikdən sonra AR DİN 102 xidmətinə zəng edilmiş və hadisə yerinə Bakı şəhəri Səbail Rayon DYPŞ-nin polis kapitanı X1 gəlmişdir. Lakin Bakı şəhəri Səbail Rayon DYPŞ-nin polis kapitanı X1 tərəfindən hadisə yerində heç bir araşdırma aparmamışdır, heç bir protokol tərtib edilməmişdir, hətta hadisə yerində hadisə iştirakçıların sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı testdən keçirmişdir. Halbuki, “Yol- patrul xidməti haqqında Təlimaf’ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12.05.2017-ci il tarixli, Q-25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol patrul xidməti haqqında” Təlimatın 10.5-ci bəndinə əsasən inzibati xəta törədilməsi nəticəsində nəqliyyat vasitələri, yüklər, yollar, yol qurğuları və digər əmlakın zədələnməsinə səbəb olmuş və yalnız maddi ziyanla nəticələnən hallarda hadisənin rəsmiləşdirilməsi zamanı YPX inspektoru patrul a-aemobilində quraşdırılmış məsafədən səs ötürən mikrofonu işlək vəziyyətdə saxlamaqla videokamera asitəsilə hadisə yerinin görüntüsünü qeydə almaqla nəqliyyat vasitələrinin sürücülərindən və şahidlərdən zəruri məlumatlar alır. Həmin Təlimatın 10.6-cı bəndinə əsasən adisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisə yerinin sxemi, hadisə iştirakçılarının və şahidlərin izahatı və digər sənədlər tərtib edilir. Hadisənin səhəri tərəflər Bakı şəhəri Səbail RPİ-yə dəvət edilmiş, izahatlar alınmışdır. Nəzərinizə çatdırıram ki, hadisə 13.10.2021 -ci il tarixdə baş verməsinə baxmayaraq inzibati protokol 18.10.2021 -ci il tarixdə və inzibati tənbeh vermə haqqında qərar isə 07.11.2021-ci il tarixdə Qərar tərtib edilmişdir. Bununla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 84-cü maddəsinin 6-2-ci hissəsi pozulmuşdur. Sözügedən müddəada inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti riiuqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək polisin vəzifəsi müəyyən edilib. Sözügedən müddəa həmçinin İnzibati Xətalar Məcəlləsinin 101.1 -ci maddəsində müəyyən edilib, həmin maddəyə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə müvafiq TŞ kameralı olmuş və həmin görüntüləri tələb etməsinə baxmayaq həmin görüntülər ona təqdim ediməmişdir. Həmçinin yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş sxemdə 1-ci zolaqda parka vəziyyətində dayanan avtonəqliyyat vasitələri göstərilməmişdir. Qeyd olunanların nəzərə alınmasını və 07 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Bakı şəhər Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi və barəsində inzibati tənbüeh vermə haqqında qərar çıxarılmış X4 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 və Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 07 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 13.10.2021-ci il tarixdə, saat 18:00 radələrində Badamdar şossesində "X8” yük markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 13.10.2021-ci il tarixdə, saat 18:00 radələrində Badamdar şossesində "X8” yük markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 13.10.2021-ci il tarixdə, saat 18:00 radələrində Badamdar şossesində "X8” yük markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 07 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla və təqdim edilmiş yol nəqliyyat hadisəsinin sxemi, izahatlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi Qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin 07 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 07 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 07 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar