Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2278/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X2 iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, eyni inzibati xəta üzrə barəsində bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, vergi ödəyicisi olan fərdi sahibkar, “Mojo Club” əyləncə məkanının icarədarı, Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, Qurtuluş küçəsində yerləşən 95 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 24 saylı evdə yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsi tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş MN serialı, ******* saylı, 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu, 26 noyabr 2021-ci il tarixdə, saat 22.45 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Mojo Club” əyləncə məkanının epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin rejimini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X3, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, o, vergi ödəyicisi olan fərdi sahibkar olmaqla, “Mojo Club” əyləncə məkanının icarədarıdır. Həmin klubda işləyən əməkdaşlar onun tərəfindən işə qəbul edilmişdir və işçilərin əmək intizamına əməl etmələrinə o, nəzarət edib, onların əmək haqlarını ödəyir. Klubda baş vermiş hər bir hal onun icazəsi və nəzarəti ilə bağlı olmuşdur. “Mojo Club” əyləncə məkanı ölkə ərazisində “COVİD 19” pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə bir müddət fəaliyyət göstərməmiş, karantin rejim qaydaları yumşaldıldıqdan sonra isə qeyd olunan qaydalara uyğun olaraq, hər gün saat 15:00-dan 23:45dək fəaliyyət göstərmişdir. Bir qayda olaraq, klub gənclərin musiqi sədaları altında rəqs edib əylənmələri üçün nəzərdə tutulmuşdur. Həmin klubda qəlyan verilməsə də, müştərilərə hər növ spirtli içki təklif olunmuşdur. Kluba daxil olan müştərilərin “COVİD 19” əleyhinə vaksin olunmalarına, imunitet və əks göstəriş sertifikatına malik olmalarının yoxlanılması onun göstərişi əsasında klubun mühafizəçisi X5 tərəfindən həyata keçirilmişdir. Belə ki, V.V.Babayev klubun giriş qapısında dayanmış və içəri daxil olan müştərilərin müvafiq sertifikatlarının olub-olmadığını yoxlamışdır. 26 noyabr 2021-ci il tarixdə də “Mojo Club” əyləncə məkanı adətən olduğu kimi fəaliyyət göstərmişdir. Həmin gün saat 22:45 radələrində polis əməkdaşları kluba daxil olmuş, keçirilmiş müvafiq yoxlamalar nəticəsində müştərilərdən birinin “COVİD 19” əleyhinə ümumiyyətlə vaksin sertifikatı olmadan, ikisinin isə “COVİD 19” əleyhinə 2-ci doza vaksin sertifikatı olmadan kluba buraxıldıqları müəyyən edilmişdir. O, həmin müştəriləri tanımasa da işin təşkilini lazımi qaydada qurmadığına görə onlar kluba daxil olmuşlar. Qeyd olunan səbəbdən də o, məsuliyyətini dərk edir və əməlindən peşmançılıq hissi keçirir. Sonda Şəxs cavan olmasını və “Mojo Club” əyləncə məkanına uzun müddətdir rəhbərlik etsə də, karantin rejimini ilk dəfə pozmasını nəzərə almaqla, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, işin məhkəmə iclasında tədqiq edilmiş digər halları ilə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 2021-ci il tarixli, 280 saylı qərarının 1.1.1-ci yarımbəndinə görə 2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının fəaliyyəti bərpa edilmişdir. Həmin qərarın 1.2-ci bəndinə görə bu Qərarın 1.1.1-1.1.3-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələri saat 00:00-dək fəaliyyət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilərlər və həmin iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVİD-19 pasportuna (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) malik olması tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xəta haqqında işin hallarını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İşdə olan 27 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs barəsində 27 noyabr 2020-ci il tarixdə saat 16:40-da tutma tətbiq edilmiş və 28 noyabr 2021-ci il tarixdə, saat 11:10-da azad edilmişdir. Buna görə də Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunarkən, 27 noyabr 2021-ci il tarixdə və 28 noyabr 2021-ci il tarixdə barəsində inzibati qaydada tutma tətbiq olunduğu müddət inzibati həbs müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, Şəxs oğlunun 27 noyabr 2021-ci tarixdən 28 noyabr 2021-ci il tarixədək inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilsin və onun üzərində qəti olaraq 08 (səkkiz) gün inzibati qaydada həbs tənbehi saxlanılsın. İnzibati qaydada həbs etmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X4 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2278/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2278/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver