Məhkəmə qərarları › İş №3(009)-2279/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2279/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2279/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəcəfquliyev-X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon Polis İdarəsinin 09-cu Polis Bölməsinin sahə rəisi X3 iştirakları ilə, xx xxxxx 1983-cü ildə Tacikistan Respublikası, Düşənbə şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 8B saylı evin 17 saylı mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan Nəcəfquliyev-X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Nəcəfquliyev-X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair tərtib olunmuş inzibati protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında 25 noyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokolda göstərilmişdir ki, Səbail rayonu, Tərlan Əlyarbəyov 9 ünvanında 26 noyabr 2021-ci il tarixdə, saat 22:45 radələrində “Sanitariyagigiyena” və epidemiya əleyhinə rejimi pozmuşdur. Nəticədə Nəcəfquliyev-X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X7, protokolu müdafiə edərək göstərdi ki, ölkə ərazisində “COVİD 19” pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı sosial şəbəkələrdə karantin qaydalarını pozan obyekt kimi görüntülənən Bakı şəhəri, “Mojo” adlı gecə klubunda Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən 26 noyabr 2021-ci il tarixdə, saat 22:45-də keçirilmiş yoxlama zamanı müştəriləridən birinin COVİD-19 pasportu olmadan, ikisinin isə COVİD-19 əleyhinə 2-ci doza peyvəndi olmadan kluba daxil olmasına şərait yaradılması, həmçinin işçi personalın fərdi qoruyucu maskadan istifadə etməməsi aşkar edilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 noyabr 2021-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərarla Nəcəfquliyev-X2 əməlində cinayət tərkibi olmasa da, İXM-nin 211.1-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmiş və həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğu göstərilmişdir. Buna görə də o, Nəcəfquliyev-X4 barəsində 26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. O, Nəcəfquliyev-X2 “Mojo” gecə klubunun vəzifəli şəxsi olub-olmadığını, həmçinin Nəcəfquliyev-X2 yeni növ koronavirus əleyhinə peyvənd olunub-olunmadığını bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəcəfquliyev-X4 özünü barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə təqsirli bilməyərək, izahatında göstərdi ki, o, əvvəllər “Mojo” gecə klubunun icarədarı və vəzifəli şəxsi olmuşdur. Lakin sonradan yeni növ koronovirus pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə bağlı həmin klub öz fəaliyyətini dayandırmış və o, “Mojo” gecə klubunu öz mülkiyyətçisinə geri qaytarmışdır. Bundan sonra o, həmin gecə klubunun idarəetmə işlərində iştirak etməmiş və heç bir vəzifəli şəxs səlahiyyətlərinə malik olmamışdır. 26 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində isə o, sadəcə müştəri kimi “Mojo” gecə klubuna getmiş və istirahət etməyə çalışmışdır. O, “COVİD 19” virusu əleyhinə iki doza peyvənd olunduğuna və vaksin sertifikatına malik olduğuna görə “Mojo” gecə klubuna daxil olmasına heç bir məhdudiyyət tətbiq olunmamışdır. Həmin gecə klubunda olarkən isə karantin rejim qaydalarında müəyyən olunmuş qaydada maskasız olmuşdur. “Mojo” gecə klubunun icarədarı və vəzifəli şəxsi X5r və həmin şəxs barəsində də qeyd olunan gecə kulubunun vəzifəli şəxsi kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bunlara baxmayaraq, 26 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində polis əməkdaşları tərəfindən “Mojo” gecə klubunda keçirilmiş yoxlama zamanı onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmasının səbəbləri ona məlum deyildir. Sonda Nəcəfquliyev-X4 əməlində inzibati xətanın tərkibinin olmaması və onun barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Nəcəfquliyev-X1 rejimi qaydalarını pozması öz təsdiqini tapmamışdır. Belə ki, Nəcəfquliyev-X4 tərəfindən Səbail rayonu, Səbail rayonu, Tərlan Əlyarbəyov 9 ünvanında yerləşən “Mojo” adlı əyləncə mərkəzində 26 noyabr 2021-ci il tarixdə, saat 22:45 radələrində “Sanitariya-gigiyena” və epidemiya əleyhinə rejimi pozmasını təsdiq edən sübutlar, yəni foto və video görünülər, şahid ifadələri, həmçinin Nəcəfquliyev-X2 qeyd olunan əyləncə mərkəzinin vəzifəli şəxsi olduğunu təsdiq edən rəsmi sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə görə isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci və 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Nəcəfquliyev-X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsinin tələblərini pozduğu heç bir vasitə ilə sübuta yetirilmir, onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsinin maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, Nəcəfquliyev-X4 məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Nəcəfquliyev-X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Nəcəfquliyev-X4 məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar