Məhkəmə qərarları › İş №3(009)-228/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-228/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-228/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayətçi X3 nümayəndəsi və vəkili Nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati qaydada tənbeh tətbiq edilərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbehin tətbiq edilməsinə əsas kimi onun hüquqi ünvanı AZ 1095, ünvan 1iyyətli Cəmiyyətinin vəzifəli şəxsi olması göstərilmişdir. Lakin həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, qeyd edilən hüquqi şəxsin həmin dövrdə vəzifəli şəxsi olmamış və onun həmin hüquqi şəxs arasında hər hansı hüquqi münasibət olmayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. O, məsuliyyətə cəlb edilmə üçün hər hansı vəzifəli şəxsin meyarlarına uyğun deyil. Bunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 nümayəndəsi Nümayəndə2 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə1 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi Rəisi .cənab X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. MN ******* nömrəli, xx.xx.2020-cü il tarixli qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə X11 Xidmətinin Bakı Şəhər idarəsi tərəfindən riayət edilmişdir. Şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər idarəsi Rəisi cənab X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, X4 müraciəti əsasında müvafiq olaraq tərəfimizdən icraata başlanılmış və müəyyən olunmuşdur ki, X10 əmək müqaviləsi bağlanılmadan Prima-K MMC-də işlərə cəlb olunmuşdur. Eyni iş üzrə hüquqi şəxs barəsində protokol tərtib olunmuş və baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati xəta hadisəsi tanınmış, lakin inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən iş üzrə icraata xitam verilmişdir. X1 şikayətində göstərdiyi məsələlər təmamilə əsassızdır. Belə ki, barəsində icraat aparılan şəxs qeyd edir ki, ümumiyyətlə onunla Prima- K MMC arasında heç bir hüquqi əlaqə olmayıb. X15 Sisteminə (ƏMAS) baxış zamanı müəyyən olunmuşdur ki, X2 ilə Prima-K MMC arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, X3 verdiyi şikayətin təmin olunmamasını və DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Prima-K MMC-də X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədənminmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə X6 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 3000 (üç min) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) əvvəllər və ya hazırda qanuni təmsilçisi (rəhbəri) olması barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək (müraciətdə qeyd olunan 2020-cı ilin aprel, may və iyun ayları da daxil olmaqla) "xxxx" MMC-nın qanuni təmsilçisi (rəhbəri) X5 olmuş, xx.xx.2021-ci il tarixindən hazıradək X7. İş materiallarında olan X3 əmək müqaviləsinin başğlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 müddətsiz əmək müqaviləsi ilə müəssisənin direktoru vəzifəsinə işə qəbul edilmiş, onunla işəgötürən qismində əmək müqaviləsini X5 bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən X3 "xxxx" MMC-nin qanuni təmsilçisi (rəhbəri) olması və “vəzifəli şəxs” olaraq 192.1-ci maddənin tələblərinin pozuntusunu törətməsi qərarda əsaslandırılmamış, X3 adı qanuni təmsilçisi (rəhbəri) olaraq dövlət reyestr məlumatlarına adı daxil edilməmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X6 direktor olaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatda alınmadığından "xxxx" MMC-nin vəzifəli şəxsi olmamışdır. Beləliklə də, X3 vəzifəli şəxs olaraq 192.1-ci maddənin tələblərinin pozaraq inzibati xətanı törətməsi faktı iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 53, 76, 84, 128, 133-135, 192-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar