Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-228/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə, Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Aslan Astanov, zərərçəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-589/2023-033 nömrəli, 10 may 2023cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 25 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 589/2023-033 nömrəli, 10 may 2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələbkar X1 xeyrinə 2022-ci ilin sentyabr ayı üçün 2068 (iki min altmış səkkiz) manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 206,80 (iki yüz altı manat səksən qəpik) manat, 2022-ci ilin oktyabr ayı üçün 2582 (iki min beş yüz səksən iki) manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 258,2 (iki yüz əlli səkkiz manat iyirmi qəpik) manat, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunan icra sənədi üzrə 06 iyul 2023-cü il tarixində başlanılmış və 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. İcraat zamanı icra sənədi üzrə tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcra sənədi üzrə tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən borclunun hesablaşma hesablarına inkasso sərəncamı qoyulmuş, lakin borcluya məxsus hesablarda vəsait olmadığından sərəncamlar icra edilmədən geri qaytarılmışdır. Elektron icra informasiya sistemi vasitəsilə aparılmış yoxlama zamanı tələbin yönəldilə biləcəyi əmlakların olmadığı müəyyən edilmişdir. Nümayəndə 25 yanvar 2024-cü il tarixinə şirkətin fəaliyyətini dayandırdığını, şirkətin qanuni təmsilçisi kimi əmək haqqı almadığını bildirmiş və şirkətdə qanuni təmsilçisi fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Eyni zamanda icra məmurları tərəfindən şirkətin hüquqi ünvanına baxış seçirikmiş şirkətin həmin ünvanda faəliyyət göstərmədiyi müəyyən edilmişdir. Nəticədə borclu AZ Global MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Aslan Astanov borclu "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, o, hazırda heç yerdə işləmir, "xxxx" MMC-dən işdən çıxmışdır. Bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X2 borclu "xxxx" MMCnin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materillarına və elektron məhkəmə sisteminin məlumatlarına baxış keçirilmiş və Nümayəndə "xxxx" MMC-də işləməsi, ümumiyyətlə onun əmək müqaviləsinin olması öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki icra sənədi üzrə Nümayəndə cavabdeh ola bilmədiyindən, o, inzibati xətanın subyekti də ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli or0qan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəli şəxs Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-228/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-228/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver