Məhkəmə qərarları › İş №3(009)-2280/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2280/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2280/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, İnzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakı ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli 00100-2414/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC Polşadan T266AO39/AT049239 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi və gömrük orqanına **********7756 sorğu nömrəli 01.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəvan edilmiş malların bir hissəsinin qutu sayını ədəd sayı kimi bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Şəxs MMC-nin barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili X5 izahatında bildirmişdir ki, qanunda ədəd dedikdə nəyin başa düşüldüyü müəyyən olunmur və qeyri-müəyyənlik vardır. Bəyənnamədə vahidin ədədi, yəni bəyənnamənin 31-ci qrafasında 196628 ədədin içərisində müxtəlif növlü bağlamaların sayı göstərilmişdir. Gömrük bəyənnaməsində say olaraq bağlama sayları ədədlə göstərilmişdir. Bu əməl düzgün olmayan məlumatların verilməsi hesab edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş İpək yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 01.11.2021-ci il tarixində X6 buraxılış sistemində olan "xxxx" MMC-nin ünvanına T266AO39/AT049239 dövlət qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və BBGİ-də **********7756 saylı GB-lə rəsmiləşən yükün 1-ci mal mövqeyində SV2 DİS2 MSR 3 yer 432 ədəd bəyan olunduğu halda ədəd sayı 2 dəfə, BLUE 2 PLUS 5CT 158 yer 3792 ədəd bəyan olunduğu halda ədəd sayı 5 dəfə, BLUE3 COOL 6CT 116 yer 696 ədəd bəyan olunduğu halda ədəd sayı 6 dəfə, BLUE 3 COMFORT İCT 720 yer 86400 ədəd,Bİİ PLUS ELHDL 140 yer 80640 ədəd,SİMPLY VENUS 3 BASİC 150 yer 900 ədəd bəyan olunduğu halda ədəd sayı 4 dəfə,SİMPLY VENUS 3 BASİC HRDC 18 yer 10368 ədəd, BLUE 3 COMFORT 9+3CT 168 yer 3360 ədəd bəyan olunduğu halda ədəd sayı 12 dəfə, 525 X8 3 yer 120 ədəd bəyan olunduğu halda ədəd sayı 6 dəfə, SV2 DİS İMSR 38 yer 6384 ədəd, SV2 DİS 5 BASİC 36 yer 864 ədəd bəyan olunduğu halda ədəd sayı 5 dəfə, BLUE 2 20CT 28 yer 560 ədəd bəyan olunduğu halda ədəd sayı 20 dəfə, 525 VENUS TROPİCAL 60 yer 360 ədəd bəyan olunduğu halda ədəd sayı 3 dəfə, BLUE 2 PLUS 5+2CT 60 yer 1440 ədəd bəyan olunduğu halda ədəd sayı 7 dəfə, BLUE 3 COMFORT 6+2CT 26 yer 312 ədəd bəyan olunduğu halda ədəd sayı 8 dəfə, GB-nin 5-ci mal mövqeyində GİL 2DİS 5FXD 294 yer 7056 ədəd bəyan olunduğu halda ədəd sayı 5 dəfə az göstərilmişdir, yəni ki, 1-ci mal mövqeyində 1724 yer 196628 ədəd bəyan olunduğu halda 1724 yer 281608 ədəd (84980 ədəd artıq), 5-ci mal mövqeyində 294 yer 7056 ədəd bəyan olunduğu halda 294 yer 35280 ədəd (28224 ədəd artıq) az göstərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz buraxılış sisteminin iştirakçısı "Prokter & Gemble Azərbaycan Servisləri" MMC-nin ünvanına Polşadan T266AO39/AT049239 nömrə nişanlı avtomaşında ********** savlı 15.10.2021 -ci il tarixli invovs sənədinə əsasən daxil olmus və 3BGİ-də **********7756 sorğu nömrəli 01.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəvan sdilmis yükə "İpək Yolu” gömrük postunda gömrük yoxlaması keçirən zaman bəyannamənin 1-ci mal mövqeyi ilə dəyişməz tiyələri olan təhlükəsiz ülgüclər" yükünün ver savı 1724, cəmi ədəd sayı 196628 ədəd kimi bəvan edilən, lakin “ədəd sayı 196628 deyil, reallıqda qeyd olunan sayın qutu savı olduğunu nəzərə alaraq invovs sənədinin 1-ci mal mövqeyində “SV 2 PİS 2” əmtəə nişanlı 3 ver 432 qutu hər qutuda 2 ədəd olmaqla cəmi 864 ədəd, 2-ci mal mövqeyində Blue 2 Plus 5CT 158 ver 3792 qutu hər qutuda 5 ədəd olmaqla cəmi 18960 ədəd, 3-cü mal mövqeyində Blue 3 Cool 6ct 116 ver 696 qutu hər qutuda 6 ədəd olmaqla cəmi 4176 ədəd, 9-cu mal mövqeyində Blue 3 Comfort 1 CT 720 ver 86400 ədəd, 10-cu mal mövqeyində X10 140 ver 80640 ədəd (9 və 10-cı mal mövqeyində bəyan edilən qutu sayı ədəd sayına bərabər olduğundan fərq yaranmamışdır), 32-ci mal mövqeyində Simplv Venus 3 Basic 150 ver 900 qutu nər qutuda 4 ədəd olmaqla cəmi 3600 ədəd, 33-cü mal mövqeyi Simply Venus 3 Basic HRDC 18 ver 10368 ədəd (33-cü mal mövqeyində bəvan edilən qutu sayı ədəd sayına bərabər olduğundan fərq yaranmamışdır). 41-ci mal mövqeyində Blue 3 Comfort 9+3ct 168 ver 3360 qutu nər qutuda 12 ədəd olmaqla cəmi 40320 ədəd, 42-ci mal mövqeyində 525 X8 2ct 3 ver 120 qutu hər qutuda 6 ədəd olmaqla cəmi 720 ədəd, 44-cü mal mövqeyində SV2 PİS 1 VİSR 38 ver 6384 ədəd (44-cü mal mövqeyində bəvan edilən qutu sayı ədəd sayına bərabər olduğundan fərq yaranmamışdır), 47-ci mal mövqeyində SV2 PİS 5 Basic 36 ver 864 qutu hər Qutuda 5 ədəd olmaqla cəmi 4320 ədəd, 50-ci mal mövqeyində Blue 2 20CT 28 ver 560 qutu hər qutuda 20 ədəd olmaqla cəmi 11200 ədəd, 51-ci mal mövqeyində 525 X7 3CT 50 ver 360 qutu hər qutuda 3 ədəd olmaqla cəmi 1080 ədəd, 53-cu mal mövqeyində Blue 2 Plus 5+2CT 60 ver 1440 qutu hər qutuda 7 ədəd olmaqla cəmi 10080 ədəd, 54-cü mal mövqeyində 3lue 3 Comfort 6+2CT 26 ver 312 qutu hər qutuda 8 ədəd olmaqla cəmi 2496 ədəd və oəvannamənin 5-ci mal mövqeyi ilə bəvan edilən dəyişməz tiyələri olan təhlükəsiz ülgüclər /ükünün invovs sənədinə uyğun 13-cü mal mövqeyində Gil 2DİS 5Fxd 294 ver 7056 qutu hər qutuda 5 ədəd olmaqla cəmi 35280 ədəd olduğ halda malların invoys sənədi nəzərə alınmaqla invovs sənədində qeyd edilən mallar ədəd kimi deyil qutu kimi bəvan edildiyi halda) dəyərinə münasibətdə **********7756 sorğu nömrəli 01.11.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişlərinin varanıb-varanmavacağı barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/030375 savlı 23.11.2021-ci il tarixli raportla sorğu verilmiş. Gömrük Əməliyyatları İdarəsinin Qida məhsullarının 'əsmiləşdirlməsi şöbəsindən daxil olmus 34/012/030654 savlı 25.11,2021-ci il tarixli raporta əsasən ********** saylı 15.10.2021-ci il tarixli invovs sənədində malların dəyərinin ədəd savlarına görə deyil, qutu savlarına görə verildyindən **********7756 sorğu nömrəli 01.11.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişləri yaranmadığı müəyyən edilmişdir, Həmçinin protokolla əsasən ünvan 2 ünvanında qeydiyyatda olan vasil dəhliz buraxılış sisteminin iştirakçısı "xxxx" MMC Polşadan T266AO39/AT049239 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi və gömrük orqanına **********7756 sorğu nömrəli 01.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəvan edilmiş malların bir hissəsinin qutu sayını ədəd sayı kimi bəvan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar