Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2280/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15580423 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15580423 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsi Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, X4 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 14 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətində qərarı hansı tarixdə aldığını göstərməmiş, ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı Şəhər Səbail rayon Məhkəməsinin 3(009)-1979/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, müddət ötürüldüyü üçün şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15580423 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət üzrə məkkəmə qərarı olduğundan şikayət X3 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15580423 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2280/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2280/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver