Məhkəmə qərarları › İş №3(009)-2284/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2284/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2284/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs Qasımova Cəlaliyyə Kamran qızının nümayəndəsi X3, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, 17.12.1983-cü ildə Ermənistan, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(009)-213/2019 saylı icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(009)-213/2019 saylı icra sənədinə əsasən Şəxs 01 yanvar 2019-cu il tarixdən başlayaraq 14 aprel 2008-ci il təvəllüdlü X4, 16 avqust 2010-cu il təvəllüdlü X5 və 22 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər biri üçün 120 manat, cəmi 360 manat ssabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Qasımova Cəlaliyyə Kamran qızının nümayəndəsi X7 izahatında göstərmişdir ki, borclu Şəxs barəsində protokol tərtib edildikdən sonra ona müəyyən miqdarda ödəniş etmiş, onunla aliment borcu ilə bağlı razılığa gəlmişdir. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə aliment borcunu müəyyən hissəsini barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. Hazırda həmin borcdan tələbkara müəyyən miqdarda ödəniş etmiş, aliment borcu ilə bağlı tələbkarla razılığa gəlmişdir. Şəxs məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərşəkmiş şəxsin nümayəndəsinin və borclunun izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(009)-213/2019 saylı icra sənədindən görünür ki, Şəxs 01 yanvar 2019-cu il tarixdən başlayaraq 14 aprel 2008-ci il təvəllüdlü X4, 16 avqust 2010-cu il təvəllüdlü X5 və 22 iyun 2012ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər biri üçün 120 manat, cəmi 360 manat ssabit pul məbləğində aliment tutularaq X2 ödəilməlidir. İş materiallarında olan 17.05.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(009)-213/2019 saylı icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan 17.05.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya 17.05.2019-cu il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(009)-213/2019 saylı icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. Həmçinin həmin bildirişin üzərində “icraata başlamaq haqqında qərarın sürətini aldım 12.09.20 Şəxs” məzmunlu qeyd yazılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(009)-213/2019 saylı icra sənədinə əsasən Şəxs 01 yanvar 2019-cu il tarixdən başlayaraq 14 aprel 2008-ci il təvəllüdlü X4, 16 avqust 2010-cu il təvəllüdlü X5 və 22 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər biri üçün 120 manat, cəmi 360 sabit pul məbləğində aliment tutularaq Məmmədova Cəlaliyyə Kamran qızına ödənilməlidir. İcra sənədi 17.05.2019-cu il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Həmçinin iş materiallarından göründüyü kimi yuxarıda göstərilən icra sənədinin icrası ilə bağlı hazırda tələbkarın aliment borcunun borcludan tutularaq ona ödənilməməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Başqa sözlə, tələbkar icra sənədinin icra edilməsini təkid etmir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə borclu Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar