Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2285/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, yaşadığı binanın yola baxan tərəfində olan Hyundai Getz minik markalı ** BL ***dövlət qeydiyyat nişanlı avtomobil yolun qadağan olunmayan hissəsində saxlamağına baxmayaraq Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən onun barəsində 15.09.2021-ci il tarixdə İXM 346.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, onun əsasında isə 15 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra elektron kabineti vasitəsilə Bakı Nəqliyyat Agentliyinə şikayət ünvanlanmış, şikayətinə heç bir rəsmi cavab ünvanlanmamışdır. Həmin yerdə dayanma, durma və parklama qaydalarını tənzimləyən və ya qadağan edən hər hansı bir nişan qoyulmamışdır. Bunları nəzərə alaraq BNA ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 şikayətini müdafiə edib, şikayətində göstərdiyi dəlilləri bir daha söyləyərək şikayətinin təmin edilib Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, X3 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X3 idarə etdiyi “HYUNDAİ GETZ” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 15 sentyabr 2021-ci il tarixdə, saat 11:31 radələrində Bakı şəhəri, Yasamal rayonu, Bünyad Sərdarov küçəsində “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 6-cı bəndinin tələbini pozaraq kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlamışdır. Bildiririk ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Həmin yol sahəsinə əməkdaşları tərəfindən bir daha baxış keçirilmiş və X1 idarə etdiyi nəqliyyat vasitəsini kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlaması faktını təsdiq edən xətanın yeri videogörüntü ilə qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hadisəni əks etdirən fotoşəkillərə, həmçinin videogörüntüyə baxıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş BNA WEB Portalından çıxarışdan görünür ki, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bünyad Sərdarov məhəllə 128, 16-da 15 sentyabr 2021-ci il tarixdə saat, 11:32 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bünyad Sərdarov məhəllə 128, 16-da 15 sentyabr 2021-ci il tarixdə saat, 11:32 radələrində dayanmadurma qaydalarını pozduğunda görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 idarə etdiyi ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bünyad Sərdarov məhəllə 128, 16-da 15 sentyabr 2021-ci il tarixdə saat, 11:32 radələrində dayanma-durma qaydalarını pozduğunda görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 idarə etdiyi ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bünyad Sərdarov məhəllə 128, 16-da 15 sentyabr 2021-ci il tarixdə saat, 11:32 radələrində dayanma-durma qaydalarına riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin ərazidə dayanma və durmanı qadağan edən yol nişanının olmaması inzibati xəta hadisəsinin olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 6-cı bəndinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına, yol qaydalarına riayət etmək və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 dayanma və durma qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 15 sentyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2285/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2285/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver