Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2286/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Salyan yolu, ev 31A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanov protokolu müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020, 06.02.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10 000 ABŞ dolları məbləğində pul və borcun gecikdirilməsi üçün 800 ABŞ dolları olmaqla cəmi 10800 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı X1 xeyrinə ödənilməli, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir.İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmişdir. İcra sənədi borclu tərəfindən təmin edilmədiyindən borclu Şəxs məcburi gətirilməsi barədə təqdimat Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-155/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadına əsasən borclu Şəxs məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. Borclu Şəxs şöbədə olarkən verdiyi izahatında hazırda ödəniş edə bilməyəcəyini, hər ay 250-300 manat ödəniş edəcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X2 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020, 06.02.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10 000 ABŞ dolları məbləğində pul və borcun gecikdirilməsi üçün 800 ABŞ dolları olmaqla cəmi 10800 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı X1 xeyrinə ödənilməli, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Şəxs ona hər ay ödəməli olduğu 2000 manat borcundan ən çox ödədiyi məbləğ 100 manat olmaqla, ümumilikdə 1250 manat ödəmişdir. Qalan borcunu isə hələ də ödəməmişdir. Məhkəmənin borcun hissə-hissə ödənilməsinə dair qərardadını icra etmir, və yalan vədlər verərək borc məbləğini ödəməkdən yayınır. Özü heç bir yerdə işləmir, buna görə də borc məbləğinin ödənilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati həbs tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o işsiz olduğu üçün qeyd edilən məbləği tam ödəyə bilmir, lakin buna baxmayaraq hər ay 200 manat ödədiyini qeyd etmişdir. O, hazırda heç bir yerdə iş tapa bilmədiyindən, buna görə də qazancı və ya başqa gəliri olmadığından, kirayədə qaldığından icra sənədini üzürlü səbəblərdən icra etmir. Ümumilikdə hazırki günədək 1250 manat vəsaiti tələbkara ödəmişdir. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020 nömrəli, 06.02.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020, 06.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10 000 ABŞ dolları məbləğində pul və borcun gecikdirilməsi üçün 800 ABŞ dolları olmaqla cəmi 10800 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı X1 xeyrinə ödənilməli, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icra edilməsi barədə bildirişə əsasən Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020, 06.02.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün ərzində icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-155/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020-012 saylı 06.02.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 423/2021 saylı, 24.08.2021-ci il tarixli qərarı ilə ərizəçi Şəxs tərəfindən Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020-012 saylı 06.02.2020-ci il tarixli qətnaməsi hər ay 2000 ABŞ dolları olmaqla 01.01.20222-ci il tarixədək hissə-hissə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)- 549/2020 nömrəli, 06.02.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020, 06.02.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 ABŞ dolları məbləğində pul və borcun gecikdirilməsi üçün 800 ABŞ dolları olmaqla cəmi 10800 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı X1 xeyrinə ödənilməli, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Şəxs müraciətinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 423/2021 saylı, 24.08.2021-ci il tarixli qərarı ilə ərizəçi Şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020-012 saylı 06.02.2020-ci il tarixli qətnaməsi hər ay 2000 ABŞ dolları olmaqla 01.01.2022-ci il tarixədək hissə-hissə ödənilməsi qərara alınmışdır. Lakin borclu hazırki vaxtadək yalnız 1250 manat məbləğində ödəniş etmişdir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olması, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Şəxs qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən həmçinin müəyyən olunuşdur ki, 09.07.2021-ci il tarixli izahatında borclu Şəxs avqust ayının sonlarınadək borcu tam şəkildə ödəyəcəyini bildirmiş, daha sonra ərizə ilə məhkəməyə müraciətinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020-012 saylı 06.02.2020-ci il tarixli qətnaməsi hər ay 2000 ABŞ dolları olmaqla 01.01.2022-ci il tarixədək hissə-hissə ödənilməsi qərara alınsa da, yenidən məhkəmə qərardadı ilə müəyyən olunmuş qaydada ödənişi həyata keçirməmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2286/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2286/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver