Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-229/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Salmanova (Əhmədova) Jalə Şaiq qızının, Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Vasif Həsənli, zərərçəkmiş şəxs (tələbkar) X2 iştirakları ilə, Salmanova (Əhmədova) Jalə Şaiq qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4920/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Salmanova (Əhmədova) Jalə Şaiq qızının barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 26 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4920/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh X5 üzərinə istifadəsində olan facebook sosial şəbəkəsindəki “Jale Salmanova” hesabında iddiaçı X4ma məxsus “X9” facebook sosial şəbəkəsindəki hesabını qeyd etməklə xx.xx.2020-ci il tarixdə yazdığı - “götünün qorxusundan şəkili yığışdırıb və eşşək qoyub”, “GD-gıjdıllaq”, “qəhbə" ifadələrinin təkzib edilərək həmin sosial şəbəkə hesabı vasitəsilə iddiaçıdan üzr istənilməsi öhdəliyi qoyulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək facebook sosial şəbəkəsindəki istifadəsində olan “Jale Salmanova” hesabından icra sənədində qeyd olunan qaydada təkzib vermiş və üzr istəmişdir. Bunu təsdiq edən ekran görüntüsü ərizəyə əlavə olunmuşdur. İcra sənədi üzrə tələb təmin edildiyindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Müvafiq poçt qəbzinə əsasən xx.xx.2022-ci il tarixdə icraata xitam verilməsi barədə qərar tələbkar tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4920/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən icra məmurunun xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi barədə” Qərarı ləğv edilmiş və icra vərəqəsi yenidən icraata yönəldilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına yenidən daxil olmuş və bu barədə borcluya bildiriş göndərilmişdir İş üzrə tələbkar X3 şöbəyə ərizə ilə müraciət edərək borclu X5 üzərinə istifadəsində olan “Jale Salmanova” hesabında iddiaçı X4ma məxsus “X9” facebook sosial şəbəkəsindəki hesabını qeyd etməklə xx.xx.2022-ci il tarixdə “götünün qorxusundan şəkili yığışdırıb və eşşək qoyub”, “GD-gıjdıllaq”, “qəhbə" ifadələrinin təkzib edilərək həmin sosial şəbəkə hesabı vasitəsilə ondan üzr istənilməsi tələb edir. Borclu xx.xx.2024-cü il tarixdə icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət olunmuş və ondan izahatı alınmışdır. Həmçinin ərizə ilə şöbəyə müraciət etmişdir. Ərizəsində yenidən “Jale Salmanova” səhifəsi vasitəsi ilə qərarda göstərilən ifadələri təkzib etdiyini və tələbkardan üzr istədiyini qeyd etmişdir. Borclunun izahatında facebook sosial şəbəkəsində ona məxsus olmuş keçmiş “Jale Salmanova” səhifəsini uzun müddət işlətmədiyinə görə həmin səhifənin istifadəçi parolunun yadından çıxdığını, bu səbəbdən həmin səhifəyə daxil ola bilmədiyini qeyd etmişdir. Lakin buna baxmayaraq yenidən eyni adlı səhifə açaraq məhkəmə qərarında qeyd olunmuş ifadələri təkzib edərək həmin sosial şəbəkə vasitəsi ilə tələbkardan üzr istədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Nəticədə, Salmanova (Əhmədova) Jalə Şaiq qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Vasif Həsənli borclu Salmanova (Əhmədova) Jalə Şaiq qızı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Salmanova (Əhmədova) Jalə Şaiq qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Salmanova (Əhmədova) Jalə Şaiq qızı izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, o, özünə məxsus sosial şəbəkə hesabında üzr istəmişdir və bir daha yazılı şəkildə məhkəmə iclasında üzr istəyir. Bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X3 borclu Salmanova (Əhmədova) Jalə Şaiq qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Salmanova (Əhmədova) Jalə Şaiq qızının barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materillarında olan məhkəməyə və tələbkara ünvanlanmış ərizələrdən, həmçinin sosial şəbəkə hesabından edilmiş çıxarışdan görünür ki, borclu Salmanova (Əhmədova) Jalə Şaiq qızı tələbkar X1 üzr istəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Salmanova (Əhmədova) Jalə Şaiq qızının əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Salmanova (Əhmədova) Jalə Şaiq qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-229/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-229/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver