Məhkəmə qərarları › İş №3(009)-2290/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2290/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2290/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2433/21 saylı, 29.11.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan “AZURİT GROUP" MMC-nin ünvanına 99UC561/99ZE561 nömrə nişanlı yük nəqliyyat vasitəsində 90108473, 90108470 və 90108476 nömrəli 05.10.2021-ci il tarixli invoys sənədləri ilə idxal edilmiş mallar Bakı Bas Gömrük İdarəsində **********8864 sorğu nömrəli 11.10.202t-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı **********8864 sorğu nömrəli 11.10.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN üzrə kodlarının düzgünlüyünün müəyyən edilməsi məqsədilə X3 idarəsinə müraciət olunmuş, həmin idarədən BBGİ-yə göndərilmiş 2200- 017/003-25/005755 nömrəli 02.11.2021-ci il tarixli məktuba əsasən gömrük bəyannaməsinin 1 -ci mal mövqeyində XİFMN üzrə “**********” saylı kod altında "alüminium profil” kimi bəyan edilmiş, 90108470 nömrəli 05.10.2021-ci il tarixli invoysun 3- 7-ci və 12-ci mövqeləri üzrə idxal olunmuş malların “bir necə alüminum profildən ibarət konstruksiyalar” yükü olub XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi müəyyən edilmişdir. Həmin məsələ ilə əlaqədar “AZURİT GROUP" MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, Türkiyə Respublikasından Şəxs MMC-nin adına 99UC561/99ZE561 nömrə nişanlı yük nəqliyyat vasitəsində “alüminium profillər, vinilxloriddən profillər, alüminiumdan metal konstruksiyalar” yüklərinin idxal edildiyini və həmin malların **********8864 sorğu nömrəli 11.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyini, idxal edilmiş malların Türkiyə Republikasından malları göndərən “Asas Aliminyum Sanayi ve Ticaret A.Ş.” şirkətinin verdiyi müşayiət sənədləri və ixrac gömrük bəyannaməsi əsasında gömrük orqanına bəyan edildiyini, faktiki olaraq 90108470 nömrəli 05.10.2021-ci il tarixli invoysun 3-7-ci və 12-ci mövqeləri üzrə idxal olunmuş malların aluminium profil yükləri olduğunu, lakin, həmin profillərin kənar başlıqlarında deşiklər olduğuna görə X3 İdarəsinin rəyində həmin yüklərin “bir necə alüminum profildən ibarət konstruksiyalar” yükü olduğunun qeyd edildiyini, sözügedən malların göndərən şirkətin verdiyi müşayiət sənədləri əsasında gömrük orqanına bəyan edildiyini, həmçinin, həmin malların XİFMN kodunda uyğunsuzluq olduğu barədə Şəxs MMC-də əvvəlcədən heç bir məlumat olmadığını, 90108470 nömrəli 05.10.2021-ci il tarixli invoysun 3-7-ci və 12-ci mövqeyləri üzrə idxal etdikləri yüklərin ********** saylı kod altında sinifləşdirildiyi təqdirdə yaranacaq əlavə gömrük ödənişlərini ödəyib malların rəsmiləşdirilməsini başa çatdırmaq istədiklərini, gələcəkdə bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Araşdırma zamanı sözügedən malların XİF MN üzrə kodunun və malın təsvirinin(adının) bəyannamədə və invoysda qeyd edilən məlumatlardan fərqləndiyini, nəticədə isə qeyd olunan halların Şəxs MMC-nin əməlinin tövsifinə kifayət qədər təsir edəcəyi nəzərə alınaraq **********8864 sorğu nömrəli 11.10.2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən və 90108470 nömrəli 05.10.2021-ci il tarixli invovsun 3-7-ci və 12-ci mövqeləri üzrə idxal edilmiş malların X3 idarəsinin 2200- 017/003- 25/005755 nömrəli 02.11.2021-ci il tarixli məktubunda qeyd edilən “bir neçə alüminum profildən ibarət konstruksiyalar” yükü olub-olmamasının müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza tədqiqatlarının aparılmasına zərurət yarandığından 1400- 013/004-25/008088 nömrəli 13.11.2021- ci il tarixli məktubla yenidən X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən daxil olmuş 2200-015/002-25/006136 nömrəli 19.11.2021-ci il tarixli məktuba əsasən “AZURİT GROUP" MMC-nin ünvanına 99UC561/99ZE561 nömrə nişanlı yük nəqliyyat vasitəsində 90108470 nömrəli 05.10.2021-ci il tarixli invovsun 3-7-ci və 12-ci mövqeləri üzrə idxal edilmiş malların təsviri ilə 2200-017/003-25/005755 nömrəli 02.11.2021-ci il tarixli ekspert rəyində göstərilən malların təsvirinin eynilik təşkil etdiyi göstərilmişdir. **********8864 sorğu nömrəli 11.10.2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən və 90108470 nömrəli 05.10.2021-ci il tarixli invovsun 3-7-ci və 12-ci mövqeləri üzrə idxal edilmiş malların XİF MN üzrə “**********" saylı kod altında sinifləşdirildiyi təqdirdə “AZURİT GROUP" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/030227 nömrəli 20.11.2021-ci il tarixli raportla Gömrük Əməliyyatları idarəsinə müraciət olunmuş, həmin raporta cavab olaraq daxil olmuş 34/012/030848 nömrəli 29.11.2021-ci il tarixli raporta əsasən “AZURİT GROUP" MMC tərəfindən idxal gömrük rüsumu üzrə 6259,78 AZN, əlavə dəvər vergisi üzrə 1126,76 AZN olmaqla ümumilikdə 7386,54 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş və **********4757 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların da XİF MN üzrə kodu gömrük orqanına düzgün bəyan edilməmiş və ümumilikdə 1279,61 manat gömrük ödənişlərinin ödənilməsindən yayınılmış, MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə toplanılmış 00100-2573/20 nömrəli inzibati material baxılması üçün Bakı səhəri Qaradağ rayon Məhkəməsinə göndərilmiş, nəticədə həmin məhkəmənin 3(002)-95/2021 nömrəli 29.01.2021-ci il tarixli qərarı ilə Şəxs MMC inzibati xətanı törətməkdə təqsirli bilinərək 895,73 manat inzibati cərimə edilmişdir. Həmçinin, sözügedən inzibati xətanın törədilməsindən 1 il müddət keçməmişdir. Araşdırma nəticəsində Şəxs MMC adına 90108470 nömrəli 05.10.2021-ci il tarixli invoysun 3-7-ci və 12-ci mövqeləri üzrə idxal edilmiş və **********8864 sorğu nömrəli 11.10,2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş malların XİFMN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi, həmin malların təsviri ilə MGEİ-nin 2200-017/003-25/005755 nömrəli 02.11.2021-ci il tarixli gömrük ekspertizası rəyində göstərilən mal mövqelərinin təsvirinin eynilik təşkil etdiyi və MMC tərəfindən ümumilikdə 7386,54 azn məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktı sübuta yetirilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında barəsində protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki protokol tərtib etmiş orqanın nümayəndəsi hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 7386,54 (yeddi min üç yüz səksən altı, əlli dörd qəpik) manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 5170,58 (beş min yüz yetmiş, əlli səkkiz qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar