Məhkəmə qərarları › İş №3(009)-2293/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2293/2021

01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2293/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurovun, Zərərçəkmiş şəxs Hacıyeva (kənanlı) Məsmə Saleh qızının, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, evli, bərbər işləyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivi, küçəsi, Abbasqulu Abbaszadə küçəsi, Səbail RPİ-nin inzibati binada qeydiyyatda olan, Bakı, şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi,ev 11, mənzil 3-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MNNo0392301 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Səbail rayon Məhkəməsinin 2(009)-827/15 saylı, 30.03.2015-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-9691/2017 saylı, 19.06.2017-ci il tarixli qətnaməsində müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23.11.2004-cü il təvəllüdlü X1 və 02.12.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment tutularaq Hacıyeva (Kənanlı) Məsmə Saleh qızına ödəməlidir. Lakin Şəxs həmin icra sənədini tam icra etməmiş və onun hazırda 1740 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. İcra məmuru həmçinin göstərmişdir ki, bu ilin fevral ayınadək borclu tərəfindən aliment öhdəliyi vaxtaşırı ödənilməsə də, həmin tarixə onun aliment borcu olmamışdır. Lakin fevral ayından hazırki vaxtadək ödənilməmiş aliment borcu yaranmış, borclu bu müddət ərzində Türkiyə Respublikasında olduğunu bildirmiş, icra yerinə məcburi gətirildikdən sonra 1000 manat birdəfəyə ödəniş etmiş, məhkəmə iclasında da 1100 manat ödəniş etmişdir, onun ödənilməyən borcu 640 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, hazırki vaxtadək alimentin ödənilməməsinin səbəbi 10 aydır ki, işləmək üçün Türkiyəyə getməsi olmuşdur, orada işləyib qazandığı pul yalnız yeni ailəsinin saxlanılmasına kifayət etmişdir, ona görə də alimenti ödəyə bilməmişdir. Hazırda borcun kifayət qədər çox hissəsini ödəmişdir, 640 manatı da ödəyəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəx Hacıyeva (Kənanlı) Məsmə Saleh qızı öz ifadəsində göstərmişdir ki, borclu Şəxs barəsində 2020-ci ildə də aliment öhdəliyi yarandığı üçün inzibati protokol tərtib edilmiş, məhkəməyə gəldikdə borclu borcun bir hissəsini ödəmiş, yerdə qalan hissəsini hissə-hissə qısa müddətdə ödəməyə söz vermişdir. Buna görə məhkəməyə ərizə verərək şikayətçi olmadığını bildirmişdir. Lakin o, öz sözünə əməl etməmiş, uzun müddət aliment öhdəliyini yerinə yetirməmiş, hazırda da onun ödənilməmiş borcu var. O, Şəxs barəsində məhkəmədən qərar qəbul edilməsini xahiş edir. İş materiallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin xarakterini, alimentlə əlaqədar yaranmış borc məbləgini, onların yaranma səbəbini, borcun böyük hissəsinin ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində həbslə əlaqədar olmayan cəza verilməklə cəzalandırılmalıdır. AR Konstitusiyasının 129-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün, onun əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini və yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyəti, inzibati işin hallarını, inzibati xətanın xarakterini və onun maddi vəziyyəti nəzərə alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar