Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2298/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Bakı şəhəri Dövlət X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* və xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokollardan verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Dövlət X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* və xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokollarından şikayət verərək qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında protokolların ləğv edilməsi xahiş edilmişdir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericilik inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətlərin şikayət verən şəxsin yaşayış yeri üzrə rayon məhkəməsində baxılmasını müəyyənləşdirir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X1 qeydiyyat ünvanı ünvan 1 Belə olan halda hazırkı şikayətə Səbail Rayon Məhkəməsində baxılmalı deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, İXP ******* və İXP ******* saylı protokollar əsasında müvafiq qərar qəbul edildikdən sonra şikayət vermiş şəxs tərəfindən həmin qərarlardan ayrıayrılıqda məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalı, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, hər bir inzibati tənbej vermə haqqında qərardan şika Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Dövlət X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* və xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokollardan verdiyi şikayət geri qaytarılsın. Bakı şəhər Bakı şəhəri Dövlət X3 xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* və xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolları əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2298/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2298/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver