Məhkəmə qərarları › İş №3(009)-2299/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2299/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2299/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə Neftçilər prospektində etibarnamə esasında idarə etdiyi “VAZ 21214” minik markalı, **-UK-*** qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 09:50 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis serjantı X1 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola əsasən o İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.5-ci maddələri ilə törətmiş olduğu xətaya görə məsuliyyət cəlb edilmişdir. Protokola etiraz etdiyi üçün şikayətinə xx xxxxxxx 2020-cı ildə BPİ-də baxılsa da, əsaslandırması heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X7” AR Qanununun 30-cu maddəsinin tələblərini pozmaqla 150 manat məbləğində cərimə edilməyimlə balğı qərar çıxarılmışdır. Belə ki, o idarə etdiyi avtomobilin istismar qaydalarını pozmamış və heç cir konstruksiyasına qadağan edilmiş dəyişikliklər etməmişdir. Avtomobil cərimə meydançasına aparılmış və orada avtomobildə qadağan edilmiş dəyişikliklərin nədən ibarət olması, yəni texniki vəziyyətinə dair hansı tələblərin pozulması barədə müayinə aktı tərtib edilməmişdir. YPX inspektorları nəqliyyat vasitəsinə texniki baxış keçirən mütəxəssislər deyildir. Nəqliyyat vasitəsində qadağan edilmiş dəyişiklərin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən rəsmi sənəd olmalıdır və nə cərimə meydançasında mütəxəssis olmamış nə də istismar qaydalarının pozulmasına dair rəsmi sənəd var. Həmçinin cərimə meydançasında YPX əməkdaşlarının zor tətbiq və təhqir etmələri barəsində müvafiq prokurorluq orqanına şikayət edilmişdir. Göründüyü kimi YPX inspektoru polis serjantı X1 qərəzli şəkildə, təqsirimi sübuta yetirmədən protokol tərtib etməklə qanunsuz hərəkət etmişdir. Göstərilənlərin nəzərə alınmasını, qeyd edilən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 şikayətini müdafiə edərək xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 lazmı qaydada məlumat verilsə də, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 göndərilməlidir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 AR İXM-nin 342.2.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan DVD diskindəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 barəsində xx xxxxxxx 2020-ci il tarixdə, saat 09:50-də idarə etdiyi “VAZ 21214” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 342.5-ci və 342.2.3-cü maddələrinin tələblərinin pozması ilə bağlı YPX inspektoru tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri BPİ-nin DYPİ-nin xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X3 barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsi konkret olaraq müəyyən etmək mümkün olmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 xx xxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar