Məhkəmə qərarları › İş №3(009)-23/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-23/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-23/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi barədə X7 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin baş məsləhətçisi X10 tərəfindən vətəndaş X11 barəsində AR İXM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN №-1502990 saylı İnzibati xəta protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan sonra həmin Protokol əsasında xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin baş məsləhətçisi X5 tərəfindən vətəndaş X11 barəsində AR İXM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN ******* saylı İnzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilməsi müddəti 10 gün ərzində nəzərdə tutulmuşdur və tərəfindən müvafiq qərarın surəti poçt vasitəsilə xx.xx.2022-ci il tarixində alınmışdır (poçt zərfi üzərində möhür mövcuddur). Hesab edir ki, vətəndaş X11 barəsində tətbiq edilmiş MN №1502990 saylı xx.xx.2022-ci il tarixli protokol və bunun nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN №-1299209 saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və qərəzli şəkildə qəbul edilmişdir və qəbul edilməsi heç birs übutla təsdiq edilməmişdir və ən əsası əsaslandırılmamışdır. Buna görə də həmin qərar əməldə inzibati xətanın tərkibi olmadığı üçün ləğv edilməlidir. Belə ki, vətəndaş X11 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin sahədə mülkiyyətçi tərəfindən təmir işləri görülməkdə idi. Hesab edir ki, Quluzadənin əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Çünki, dövlət qurumu tərəfindən onun təqsirli bilindiyi İXM -in i 231.2-ci maddəsinin dispozisiyasına nəzər saldıqda məlum olur ki, 231.2. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə - redaksiyası qeyd edilir. Quluzadə tərəfindən isə nə sökülmə, nə məhv edilmə, nə parçalanma, nə yeni quruluşa salınma və nə də ki, başqa yerə köçürülmə və zahiri görkəmin dəyişməsi kimi hərəkətlər edilməmişdir. Əgər dövlət qurumu onun əməlini 231.2-ci maddə ilə qiymətləndirmişdirsə, o zaman istər Protokolda, istərsə də Qərarda dispozisiyada sadalanan hərəkətlərdən məhz hansının həyata keçirilməsi qeyd edilməli idi. Halbuki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, “qeyri-yaşayış sahəsində təmir işlərinin aparılması”. Təmir işlərinin aparılması isə maddənin dispozisiyasına görə təqsir tərkibi daşımır. Bundan başqa maddənin əvvəlində “Mühafizə dərəcəsi tətbiq edilmiş” ifadəsi işlənilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi” Qaydasının 1.5-ci maddəsinin tələbinə görə, mühafizə olunan mədəni sərvətlərin siyahısının tərtib edilməsi daşınmaz mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən şəhadətnamə verilir. Əgər bir obyekt mədəni sərvət və s. bu kimi statusdadırsa vətəndaş və ya həmin binada olan mülkiyyətçi ona xəbərdarlıq edilmədən bilə-bilməz ki, bu bina və ya sair obyekt mədəni sərvət statusundadır. Mədəni sərvətin qeydinə qalan qurum orada yaşayan sakin və mülkiyyətçilərə bu statusu müəyyən edən şəhadətnamə verməlidir ki, bu yolla onlar xəbərdar olunsunlar. X1 "Mühafizə dərəcəsi” haqqında müvafiq Şəhadətnamənin verildiyi təsdiq edilmir. Belə ki, sözügedən Qaydanın 1.7-ci maddəsində mühafizə dərəcələrinin 4 növü müəyyən edilmişdir. Bununla belə, hətta mühazifə dərəcəsi haqqında şəhadətnamənin verilməsi də mülkiyyətçinin öz mülkiyyətində cari təmir işlərinin aparılmasını qadağan etmir. Belə ki, Qaydanın 2.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mədəni sərvətin cari təmiri tarixi və bədii təyinatını dəyişdirmədən obyektin adi istismar vəziyyətini saxlamaq üçün mülkiyyətçi və ya istifadəçi tərəfindən həyata keçirilən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır. Yuxarıda qeyd edilən xüsusatlardan göründüyü kimi heç bir əsas olmadan sadəcə cərimə yazaraq cərimə planını doldurmaq məqsədilə “hörmətli dövlət müfəttişi” tərəfindən əsassız və qərəzli şəkildə İXM-də nəzərdə tutulmayan bir maddəni İXM-in 231.2-ci maddəsinin pozuntusu kimi təqdim etmişdir. Nə inzibati xəta var (heç bir maddənin tələbi pozulmamışdır), nə də tərkib var (tərkib elementindən obyekt mövcud deyildir, yəni heç bir ictimai münasibətə zərər yetirilməmişdir vətəndaş tərəfindən). Odur ki, Azərbaycan Respublikası Mədəniyytə Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xdimətinin Bakı Regional İdarəsinin baş məsləhətçisi X5 tərəfindən vətəndaş X11 barəsində AR İXM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 ünvan 2 ünvanında yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın (inventar №-3310) qeyri-yaşayış sahəsində X11 tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq razılıq olmadan təmir işləri aparıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinə əsasən barəsində 5 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərar qanuni və əsaslı olduğundan şikayətin rədd edilməsini xahiş etdi. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiakçısını dinləyib, iş materiallarınə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Mədəniyytə Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xdimətinin Bakı Regional İdarəsi tərəfindən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibatixəta haqqında protokoldan görünür ki, X11 ünvan 2 ünvanında (köhnə Neftçi Qurban 25) yerləşən qeyri-yaşayış sahəsində (inventar №-3310) təmir işləri aparmışdır. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş 05 dekabr 2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 ünvan 2 ünvanında (köhnə Neftçi Qurban 25) yerləşən qeyri-yaşayış sahəsində (inventar №-3310) təmir işləri apardığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-cü maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X7 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evi yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüş və ona 3310 inventar nömrəsi verilmişdir. Şikayət ərizəsinin məzmundan aydın olur ki, X11 tərəfindən həqiqətən də ünvan 2 ünvanında təmir işləri aparılmışdır. Buna görə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş 05 dekabr 2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-cü maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 11-ci maddəsinə görə mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaatmöhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İş materialları ilə müəyyən olunur ki, qanunvericiliyin qeyd olunan tələblərinə baxmayaraq ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində X11 tərəfindən Dövlət Agentliyi ilə razılaşdırılmadan təmir işləri aparılmışdır. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, X3 Xətalar Məcəlləsinin 231.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, X11 tərəfindən qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş 5 dekabr 2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə ƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar