Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2302/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, g/x kiçik leytenantı X1 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli X9 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X9 Protokola əsasən, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********8741 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 90AG825/90AG826 dövlət nömrə nişanlı yük avtomaşınının üzərində SLLU2776621 nömrəli konteynirlə LKWH-CPL-240401 xx.xx.2024-cü il tarixli invoysla idxal olunan yüklər xx.xx.2024-cü il tarixdə “İpək Yolu” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, qeyd olunan yüklərə gömrük yoxlaması keçirilən zaman bəyan edilməyən 2 ədəd 5 litirlik plastik qablaşmada maye halında olan yük aşkar edilmişdir. Bəyannamədə bəyan edilən 16 palet netto çəkisi 16800 kq olan “aminospirt efirləri” 4 palet netto çəkisi 4000 kq olan “fosfa turşusunun mürəkkəb efirləri” yükündə heç bir uyğunsuzluq aşkar edilməmişdir. 02 ədəd 5 litirlik plastik qablaşmada maye halında olan malların xarici iqtisadı fəaliyyətin mal nomenklaturasına uyğun olaraq təsnifat kodunun müəyyən edilməsi üçün ilkin ekspertizanın aparılması zərurəti yarandığından X5 idarəsinə təqdim edilmişdir. Ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına idxal olunan, invoysda qeyd olunmayan və gömrük bəyannaməsi ilə bəyan edilməyən iki ədəd plastik qablaşmada təqdim edilmiş nümünələr trietanolamin (CAS 102-71-6) olub, XİF MN-ə görə 2922 15 000 0 alt yarımmövqedə sinifləşdirilir. Trietanolamin (CAS 102-71- 6) maddəsi "ixrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin, nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 42 saylı Qərarının 1C350 kateqoriyasının 46-cı bəndinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/131 saylı xx.xx.2022-ci ıl tarixi Sərəncamı ilə təsdiq edilmiş “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyanın kimyəvi maddələrə dair 3 saylı əlavəsinin 17-ci bəndinə aid edilir. Təqdim edilən 2 (iki) ədəd plastik qablaşmada olan Dövlət Gömrük Komitəsi X8 idarəsindən daxil olmuş ekspert rəyinə əsasən XİF MN-ə görə 2922 15 000 0 alt yarımmövqedə sinifləsdirilən ixrac nəzarətinə düsən “trietanolamin” adlı maddənin "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyədə olmasına vol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının qanunları ilə təsdiq edilmiş Siyahılara daxil olub-olmaması, həmçinin zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən maddələrə aid olub-olmaması müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə 3-33-1100/2-009418/2024 nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixli 6/4120-3/1302 nömrəli ekspert rəyinə əsasən, “trietanolamin” partlayıcı maddələrin və kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən maddələr aid deyildir. Həmçinin, tədqiq olunan “trietanolamin” maddəsi (aqreqat halına əsasən maye şəklində) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılan”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları ’na daxil deyildir. Araşdırma zamanı material üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zərurəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan malların xx.xx.2024-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün “Azərekspertiza” Birliyinə 3-33-1100/2- 005928/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 161 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 5 litrlik plastik qablaşmada maye halında olan “trietanolamin” maddə (02 ədəd) yükünün ümumilikdə xx.xx.2024-ci tarixə orta bazar qiyməti 400 manat müəyyən edilmişdir. Araşdırma nəticəsində, “Chempark" MMC tərəfindən gömrük orqanına təqdim edilən **********8741 nömrəli xx.xx.2024-cü il tarixli olunan bəyannaməsində və ona əlavə edilən mal-müşayiət sənədində qeyd edilməyən 02 ədəd 5 litrlik maye halında olan “trietanolamin” maddənin 01 ədədinin orta bazar qiyməti 200 manat olan malları bəyan etməməklə İnzibat Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyi müəyyən edilmişdir. Barəsində X9 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 (fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı) izahatında bildirmişdir: Şəxs MMC-də təchizat müdiri vəzifəsində çalışır, etibarnamə üzrə şirkətin nümayəndəsidir. MMC-nin fəaliyyəti kimyəvi xammalların müxtəlif ölkələrdən idxalından və yerli bazarda topdan satışından ibarətdir. xx.xx.2024-cü il tarixdə şirkətin ünvanına Çin Xalq Respublikasından göndərilmiş yüklər Bakı Baş Gömrük İdarəsində **********8741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. **********8741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar onun tərəfindən elektron qaydada 16 palet “aminospirt efirləri” və 4 palet “fosfat turşusunun mürəkkəb efirləri” sifariş olunmuşdur. Ümumilikdə 30528 ABŞ dolları məbləğində pul vəsaiti Çın Xalq Respublikasında fəaliyyət göstərən “X10 İndustry Co.Ltd” şirkətinin bank hesabına köçürülmüşdür, ilkin olaraq malın dəyərinin 30%-i ödənilmiş, daha sonra mallar təyinat portuna çatdıqda isə geri qalan 70% məbləğ ödəniş olunmuşdur. Ödənişlərə dair sənədləri təqdim etmiş və is materillarına əlavə edilməsini xahiş etmişdir. MMC tərəfindən Çin Xalq Respublikasında fəaliyyət göstərən “X10 İndustry Co.Ltd” şirkətindən yalnız 16 palet netto çəkisi 16800 kq olan “aminospirt efirləri” və 4 palet netto çəkisi 4000 kq olan “fosfat turşusunun mürəkkəb efirləri” yüklərini sifariş olunmuş və bu yüklərə dair **********1900 sorğu nömrəli 22 06.2024-cü il tarixli qısa idxal bəyannaməsi, həmçinin **********8741 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. 90AG825/93AG826 nömrəli nəqliyyat vasitəsində aşkar olunan 2 ədəd 5 litrlik plastik qablaşmada maye halında olan yükdən məlumatları olmamışdır. Çünki həmin yüklər MMC-və aid deyil. 90AG825/93AG826 nömrəli nəqliyyat vasitəsində aşkar olunan 2 ədəd 5 litrlik plastik qablaşmada maye halında olan yükün səhvliklə konteynerə yükləmələrinə dair Çin Xalq Respublikasında fəaliyyət göstərən “X11 İndustry Co.Ltd” şirkətindən müraciət də ünvanlanmışdır. Həmçinin Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun ünvanına 3-33-1100/1- 015538/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, konteynerdə aşkar edilən 2 ədəd plastik qabda olan məhsulun konteynerə göndərici şirkət tərəfindən səhvən yerləşdirilməsi və qeyd olunan halların nəzərə alınması xahiş olunmuşdur. Həmin müraciəti izahatına əlavə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X9 Protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində X9 icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, müəssisə ölkədə inşaat materialları ilə bağlı xammalları idxal edir və və yerli bazarda onların topdan satışı ilə məşğuldur. Ən son gətirilən malların içərisində müəssisəyə aid olmayan xammal müəyyən olunub. Tədarükçü tərəfindən təsdiqlənib ki, həmin mallar müəssisə üçün göndərilməyib. Aşkar edilən xammal sement üyüdülməsində istifadə edilən 85 faizli trietanolamindir. Bu, zərərli və ya partlayıcı kimi istifadə olunmur. Xammalın dəyəri olaraq 400 AZN qeyd olunub. Lakin bunun necə müəyyən olunduğu məlum deyil. Bununla bağlı invoyslara görə xammalın qiyməti 30 AZN müəyyən olunub. Həmin məhsul iki təyinatlı məhsuldur. Digər halda xüsusi icazə ilə partlayıcı maddənin hər hansı bir elementi üçün istifadə edilə bilər. Əgər müəssisə bunu idxal etmək istəsə idi, bunun üçün icazə almalı idi. Gömrük bəyannaməsində də qeyd olunmayıb. Müəssisədən xəbərsiz şəkildə yük maşınına belə bir mal yerləşdirilib. Astarada gömrükdə yoxlanış zamanı aşkar olunub. Bu məlumatı aldıqdan sonra tədarükçüyə məlumat verilib və o da dəqiq məlumat verərək bildirib ki, məhsul onlara göndərilməyib. Təqdim etdikləri sənədlərdə də bunlar müəyyən olunub. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə X9 işin materiallarını yoxlayıb, X9 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X9 icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, **********8741 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi rəsmiləşdirilmiş 90AG825/90AG826 dövlət nömrə nişanlı yük avtomaşınının üzərində SLLU2776621 nömrəli konteynirlə LKWH-CPL-240401 xx.xx.2024-cü il tarixli invoysla idxal olunan yüklər xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. GB-in 8-ci qrafasına əsasən “Malı qəbul edən/İdxalçı” Şəxs MMC-dir. **********1900 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, 90AG825/90AG826 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində ölkə ərazisinə daxil olmuş mallar üçün qısa idxal bəyannaməsi tərtib edilmişdir. GB-in 8-ci qrafasına əsasən “Malı qəbul edən/İdxalçı” Şəxs MMC-dir. **********1900 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindəki və **********8741 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindəki bütün məlumatları bir-birilə əlaqəli şəkildə təhlil etdikdə aydın olur ki, **********1900 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi əslində Şəxs MMC-in ünvanına 90AG825/90AG826 dövlət nömrə nişanlı yük avtomaşınının üzərində SLLU2776621 nömrəli konteynirlə LKWH-CPL-240401 xx.xx.2024-cü il tarixli invoysla ölkə ərazisinə daxil olmuş **********8741 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün tərtib edilmişdir. İş materiallarında olan Lucky Stone 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Amine Groupun 2 ədəd 5 litrlik maye səhv olaraq SLLU2776621 nömrəli konteynirə qoyulmuşdur. Mallar Şəxs MMC-yə məxsus deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin az miqdarda bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeydinə əsasən gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda" dedikdə əlli min manatadək olan məbləğ basa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində X9 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X9 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X9 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda X9 başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X9 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X9 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, 90AG825/93AG826 nömrəli nəqliyyat vasitəsində aşkar olunan 2 ədəd 5 litrlik plastik qablaşmada olan “trietanolamin” maddə dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 53, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 00100- 02735/24 EP № ******* nömrəli X9 protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. 90AG825/90AG826 dövlət nömrə nişanlı yük avtomaşınının üzərində SLLU2776621 nömrəli konteynirdə aşkar olunan 2 ədəd 5 litrlik plastik qablaşmada olan “trietanolamin” maddə dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2302/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2302/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver