Məhkəmə qərarları › İş №3(009)-2317/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2317/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2317/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon İcra Şöbəsinin icra məmuru X6, tələbkar X1 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 06 dekabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 06 dekabr 2021ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1826/2021-007 nömrəli, 13.10.2021-ci il tarixli icra sənədi üzrə 25 mart 2019-cu il təvəllüdlü X5 anası X2 yanında qalması müəyyən edilməli və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 iyun 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. Tələbin könüllü icrası ilə bağlı 14.10.2021-ci il tarixdə icra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun faktiki yaşayış ünvanına göndərilmişdir. Göstərilən icra sənədlərinin icrasının təmin edilməsinə dair borclu Şəxs bildirişlər verilsə də o, tələbi üzrlü səbəb olmadan icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək göstərmişdir ki, borclu Şəxs borcu 1050 manat təşkil edir, borclu 06 dekabr 2021-ci il tarixli hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcəyini, hazırda heç bir yerdə işləmədiyini, işlə təmin olunduqdan sonra yalnız aliment ödənişini ödəyəcəyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir, odurki borclu Şəxs inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X7 bildirmişdir ki, borclu tərəfindən borcdan 200 manat ödənildiyini, qalan məbləğin ödənilmisi barədə söz verdiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından yayınmadığını, işsiz olduğunu, hazırda 200 manat ödədiyini, qalan məbləği isə 2021-ci ilin dekabr ayının sonuna kimi ödəyəcəyinə söz verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialına əlavə olunan ərizədən görünür ki, X10 tələbkar X4 200 manat məbləğində ödəniş etmişdir. Ödənişin digər hissəsini 2021-ci ilin dekabr ayının sonuna kimi ödəniş edəyəcəyinə söz vermişdir. İş materialına əlavə olunan qəbzdən görünür ki, X10 tələbkar X4 200 manat məbləğində ödəniş etmişdir. Qalıq borcu 850 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, X8 barəsində olan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X8 əməlində inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar