Məhkəmə qərarları › İş №3(009)-2327/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2327/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2327/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X2 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə, X3 inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30201381 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin olaraq buraxılmış prosessual müddətin bərpasının təmin edilməsinə dair ərizəyə baxışı məhkəmə iclasına təyin etmiş və tərəfin iştirakını məhkəmə iclasında təmin etmişdir. Ərizəyə baxış zamanı şikayət ərizəsinin və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin geri qaytarılması üçün əsaslar müəyyən etmişdir. Belə ki, məhkəmə iclası zamanı X4 ərizə ilə məhkəməyə müraciət edərək şikayət ərizəsi və digər icraat materiallarının geri qaytarılmasını xahiş etmişdir (tərəfə hüquq və vəzifələri məhkəmə iclası zamanı ətraflı izah edilmişdir). Odur ki, məhkəmə şikayətçinin xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə alaraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş digər sənədlər şikayətçinin özünə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə baxılmadan geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət ərizəsi və buraxılmış prosessual müddətin bərpasına dair ərizə (ona əlavə edilmiş digər icraat materialları ilə birlikdə) şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar