Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2328/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3881/2024 saylı qərardadına əsasən inzibati protokolun tərtib olunduğu yer üzrə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Nəzərə alsaq ki, qeyd olunan inzibati xəta Şəxs MMC-nin ölçmə vasitələrinin kalibrləmə laboratoriyasında yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin laboratoriyasının ünvanında baş vermişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsi, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi 10 ünvanında törədilmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Nəsimi rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 106.0.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Nəsimi rayon Məhkəməsindən daxil olmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2328/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2328/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver