Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2329/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-898/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1493/2021- 005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X3 - cavabdeh Şəxs qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə cavabdeh Şəxs Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 11 saylı mənzilinin və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 16 saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan Şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 11 saylı mənzilinin və X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 16 saylı mənzilinin üzərinə qadağa qoyulduğu məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə cavabdeh Şəxs oglu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə birgə nikah dövründə, yəni xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasında ödənilən 38407,35 (otuz səkkiz min dörd yüz yeddi manat otuz bes qəpik) manat ödənişin yarısının, yəni 19203,67 (on doqquz min iki yüz üç manat altmış yeddi qəpik) manat pulun cavabdeh Şəxs alınaraq iddiaçı X5 qaytarılması təmin edilməlidir. İcra sənədi xx.xx.2022-ci tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən onun barəsində 01.11,2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Borclu şifahi telefon danışığı zamanı qeyd olunan məhkəmə qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verdiyini bildirmişdir. Şikayət barədə məlumat almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu ilə müracitə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda sözügedən şikayətin Konstitusiya Məhkəməsinə daxil olduğu və "Konstitusiya Məhkəməsi haqqında" Qanunu ilə müəyyən edilmiş qaydada şikayət üzrə müvafiq sənəd və materialların toplandığı, digər zəruri tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur. Borclunun Səbail rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət olunmuşdur. Bundan əlavə iddiaçı X11 qızı iddianın təmin tədbiri barədə ərizə verərək mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilib qanuni qüvvəsini alanadək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 11 saylı mənzilinin və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 16 saylı mənzilinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1493/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Daha sonra Səbail rayon məhkəməsinin 2(009)-1493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı qismən ləğv edilmiş və məhkəmə araşdırması zamanı X6 məxsus olması müəyyən edilmiş, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 16 saylı mənzilinin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağa götürülmüşdür. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 16 saylı evin 11 saylı mənzilinin özgəninkiləşdirilməsinin aradan qaldırılmasına dair borclu tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmiş, Səbail rayon məhkəməsinin 2(009)-1493/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2187/2023 saylı, xx.xx.20223-cü il tarixli qərardadına əsasən Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(009)-60/2023 saylı qərardadına əsasən Şəxs məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışıdır. Qərardad icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borcluya məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 11 saylı mənzilin qiymətləndirilməsini təşkil etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə "Qiymətləndiricinin dəvət olunması barədə" Qərar qəbul edilərək icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. Borclu qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə xx.xx.2023-cü il tarixdə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Səbail rayon məhkəməsinin 8(009)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. "xxxx" MMC- nin QXM/3462 saylı, xx.xx.2024-cü il tarixli məktubunda sözügedən mənzil 150000 manat dəyərində qiymətləndirilmişdir. Mənzilin hərrac vasitəsi ilə satışını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə sifariş məktubu ilə müraciət olunmuşdur. Borclu xx.xx.2024-cü il tarixdə icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə əsasən icra məmurunun hərəkətlərindən şikayətə baxılıb qurtaranadək icraatın dayandırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Səbail rayon məhkəməsinin 8(009)-69/2024 saylı, 01,04.2024-cü il tarixli qərardadına əsasən "İcraatın dayandırılması barədə" təqdimat təmin edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq mütəmadi olaraq Səbail rayon İcra şöbəsinin depozit hesabına ödənişlər etmiş, ümumi ödənişin məbləği 1000 manat təşkil etmişdir. Daha sonra tərəflər arasında razılıq əldə olunmuş, borclu tərəfindən 5000 manat ödəniş edilmiş, qalıq borcun isə hər ay 2000 manat olmaqla ödənilməsinə dair razılıq əldə olunmuşdur. Tələbkarın etibarnamə üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Tələbkarın ərizəsinə əsasən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsi rəhbər tutularaq icraat dayandırılmışdır. Tələbkarın şöbəyə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubunda borclunun əldə olunmuş razılığa əməl etmədiyi qeyd olunmuş və bu səbəbdən qanunamüvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir. Tələbkarın ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə icraatın təzələnməsi barədə qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2024-cü il tarixdə "Borclunun axtarılması haqqında" Qərar qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə Səbail rayon Polis İdarəsində göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə gətirilimiş, ondan izahatı alınmışdır. İzahatında işləmədiyinə görə borcu birdəfəlik bağlaya bilməyəcəyini bildirmiş, aylıq cəmi 500 manat ödəyə biləcəyini qeyd etmişdir. Əlavə məlumat üçün bildiririk ki, borc məbləğindən ümumilkdə 8500 manat ödənilmişdir. Hazırda borc məbləği 10703,67 manat təşkil edir. Borclu hazırda borc məbləğindən cəmi 500 manat ödəyə biləcəyini bildirir. Tələbkar isə borcun birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X7 bildirmişdir ki, borclunun izahatı alınmış və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Borclunun adına əmlak aşkar edilməmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs ümumilikdə 19203,67 manat tutularaq cavabdeh Şirinova Əsliyə ödənilməsi qərara alınmışdır. Hissə-hissə ödənişlər olub, hər ay ödəyib. Ümumi məbləğdən 8500 manat ödənilib. Hal-hazırda borcu 10703 manatdır. Aralarında olan razılaşmaya əsasən, hissə-hissə ödəyəcəyini öhdəlik götürüb. Lakin ayda 500 manat ödəyə bilir. Xanım da etiraz edir ki, birdəfəlik ödəniş edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında işləmədiyini, birdəfəlik ödəyə bilmədiyini, xəstəliyi ilə əlaqədar işləyə bilmədiyini, hissə-hissə ödəyə biləcəyini, hazırda da ödəniş edə biləcəyini, sadəcə tələbkar qəbul etmədiyini, borcun hamısını ödəməyi tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs nümayəndəsi X8 bildirmişdir ki, oğlunun əmək qabiliyyəti demək olar ki, yoxdur. Həmin ailə onun hesabına yaşayır. Mənzili də evlənməmişdən iki il qabaq o almışdır. Yaşı ilə əlaqədar kredit verilmədiyi üçün evi oğlunun adına keçirmişdi. Banka edilən ödənişlər onun vəsaiti hesabına ödənilib. Oğlunun borcunu o ödəyir. Tələbkarnan razılığa gəlmişdik hissə-hissə ödənilməsi ilə bağlı. Hal-hazırda borcun bir hissəsini ödəmək istəyirəm, lakin tələbkar borcun tam ödənilməsini tələb edir. Maşını satdığa qoyub, satılan kimi borcu tam olaraq bağlayacaq. Zərərçəkmiş (tələbkar) Şirinova (əhmədli) Əsli məhkəməyə yazılı müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, şikayətçi olduğunu və pulun tam olaraq ödənilməsini tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2329/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2329/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver