Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2331/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X5 İbrahim oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarından X6 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 İbrahim oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DİN Baş X7 İdarəsi tərəfindən barəsində 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron Qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Səbail rayonu, Zərifə Əliyeva- Bülbül prospektinin kəsişməsi 04.10.2021-ci il tarixində, saat 12:26:03-da Mercedes Benz E200 Minik markalı, 90OG341 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 tərəfindən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X4 barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, qərarda yalnız AR İXM-nin 327.1-ci maddəsinə istinad olunsa da, onun hansı yol hərəkəti qaydasını pozmağım göstərilməmiş və əsaslandırılmamışdır. Əvvəla qərara əlavə olunmuş 3 ədəd fotoşəkilə nəzər yetirdikdə ona məxsus avtomobilin hansı olması müəyyən olunmur, dövlət qeydiyyat nişanları görünmür. Bundan əlavə fotoşəkillərdən görünür ki, yolun hərəkət istiqamətinin sağ hissəsində yuxarıda quraşdırılmış məcburi hərəkət istiqaməti nişanında (YHQ-nun 65-ci maddəsi, 4.1.5) düzünə və sola hərəkət etmək mümkündür. Yolun sağ istiqamətində quraşdırılmış nişana görə onun sola dönməyi və ya düzünə hərkət etməyi tamamilə qanunauyğun olmuşdur. Bundan əlavə fotoşəkilən də göründüyü kimi yolun hərəkət istiqamətinin sağ hissəsində yuxarıda quraşdırılmış məcburi hərəkət istiqaməti nişanı (YHQ-nun 65-ci maddəsi, 4.1.5) ilə yolun sol istiqamətində yerə çəkilmiş işarə arasında ziddiyyət olmuşdur. Belə olan halda yolun başlanğıcında zolaqların hərəkət istiqamətini bildirən məlumatlandırıcı yol nişanlarından istifadə olunmalıdır. Eyni zamanda məlumatlandırıcı yol hərəkət nişanı olmadıqda iki nişan (nişan və işarə) arasında ziddiyyət yaranır. Göstərilən ziddiyyət halında sürücü yuxarıda quraşdırılmış nişanı əsas tutaraq hərəkət etməlidir. Həmçinin hər hansı bir ziddiyyət vətəndaşın (yol hərəkət iştirakçısının) xeyrinə həll olunmalıdır. Maraq üçün 01.12.2021-ci il tarixində qərarı götürdükdən sonra həmin istiqamətdə hərəkətdə olarkən qeyd olunan yerin fotoşəklini çəkmiş və aydın olmuşdur ki, DYP özü həmin ziddiyyəti aradan qaldırmış və əvvəllər yerdə qeyd olunan “yalnız sola” işarəsini “4.1.5 nişanına, yəni düzünə və sola istiqamətinə” uyğunlaşdırmışdır. Məhkəmə zəruri saydığı təqdirdə həmin yerin baxışını keçirə bilər. Beləliklə əvvəla hazırda mübahisələndirilən qərardan və qərara əlavə edilmiş fotoşəkillərdən yol hərəkəti qaydalarının onun tərəfindən hər hansı bir pozuntusuna yol verilməsi sübuta yetirilmir. Yol hərəkəti qaydaları pozulmadığı halda isə onun inzibati məsuliyyətə cəlb edilməyi qanunsuzdur. Həmçinin ziddiyyət aradan qaldırıldığı üçün yol hərəkəti iştirakçısı kimi onun vəziyyətini yaxşılaşdırdığına görə qanununun geriyə qüvvəsi şamil olunur. Qüvvədə olan inzibati qanunvericilikdə mötəbər sübutlara əsasən müəyyən edilmiş təqsirə görə məsuliyyətin müəyyən olunması nəzərə alaraq, hesab edir ki, hazırki halda barəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, onun vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün əməl qorunan ictimai münasibətlərə qəsd etməli, hüquqazidd olmalı, təqsirli sayılmalı və inzibati məsuliyyətə səbəb olmalıdır. Həmçinin inzibati məsuliyyətə cəlb edilə bilməyi üçün onun inzibati xətaya yol verməyi tələb olunur. Lakin sadalananların əksinə, əməlində inzibati xəta tərkibi yoxdur. Beləliklə iş materialları ilə bir daha təsdiq olunur ki, qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Buna görə də DİN Baş X7 İdarəsi tərəfindən barəsində tərtib olunmuş 05.10.2021 -ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron Qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 İbrahim oğlu şikayət ərizəsinə uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, 04.10.2021 saat 12:26-da Səbail Rayonu,Zərifə Əliyeva –Bülbül prospektinin kəsişməsində X4 **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməyə görə Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozuntusunun baş verməsi əsaslandırılmamış, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış zamanı X4 tərəfindən hər hansı inzibati xətanın törədilməsi faktı müəyyən olunmur. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü X6 oğlu tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi sübut edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X6 oğlunun verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 328-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 İbrahim oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05.10.2021ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X6 oğlunun barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2331/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2331/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver