Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2332/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1992-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, S.Vurğun küçəsi, ev 109-da qeydiyyatda olan və yaşayan, sözlərindən əvvəllər məhkum olunmuş, ailəli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinidən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 08.12.2021-ci il tarixdə saat 01.35 radələrində Bakı şəhəri Zərifə Əliyeva küçəsi, 23 saylı binanın qarşısında içkili vəziyyətdə olarkən həmin ərazidə xidmət aparan polis işçisinin qanuni tələblərinə tabe olmamış və polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti ilə bağlı məhkum olunmuş, 3 ildir ki, azadlığa çıxmışdır, özü küçədə gül satışı ilə məşğul olur. Axşam həmyerlisi və dostu Vitaliy ilə birlikdə kafelərin birində yeyib içdikdən sonra, Zərifə Əliyeva küçəsi ilə gedərkən yolun kənarında gül qoyulmasını görmüş, hesab etmişdir ki, atılmış güldür, onları götürüb uzaqlaşarkən polislər onlara yaxınlaşmış, gülü yerinə qoymasını tələb etmiş, o, gülü aparıb yerinə qoymuş, sonra polis işçiləri ona fiziki təsir göstərərək maşına mindirib bölməyə gətirmişlər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahid ifadəsini dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXMnın 535.1-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, 08.12.2021-ci il tarixdə 3 nömrəli stasionar postda xidmət apararkən, saat 01.35 radələrində 2 nəfər şəxsin postun qarşısında Zərifə Əliyeva küçəsi, 25 ünvanda ucadan qışqırarak nəlayiq ifadələr işlətməsini, həmçinin həmin ünvanda baletin qarşısında qoyulmuş gülü götürərək getdiyini görmüş,onlara yaxınlaşıb qayda qanuna riayət etmələrini tələb etdikdə içkili vəziyyətdə olmalarının müəyyən etmiş, şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə dəvət etmiş, lakin həmin şəxslər onların qanuni tələblərinə tabe olmamışlar. Digər polis əməkdaşları ilə birlikdə həmin şəxsləri 39-cü Polis Bölməsinə gətirmiş və hadisə ilə bağlı müvafiq raport tərtib etmişlər. Beləliklə tərtib edilmiş protokolla, raportla və məhkəmə iclasında verilmiş ifadə ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və məhkəmə Şəxs özünü İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilməməsini, özünü müdafiə xarakter daşıma və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutmanın əvvəli Şəxs faktiki tutulduğu vaxtdan, yəni 08 dekabr 2021-ci il tarixdən 04:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 08.12.2021-ci il tarixdən saat 04:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2332/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2332/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver