Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2334/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Məmmədova Narqələm Bayram qızının katibliyi ilə 18.06.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 11, mənzil 6-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 08.12.2021ci il tarixli MNNo1130611 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 07 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində Səbail rayonu Bulvar adlanan ərazidə “Xalçaçılıq” muzeyinin yanında keçmiş həyat yoldaşı Fatimə Qarayevanı mütəmadi olaraq arxasınca düşüb onu narahat edərək ona qarşı xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs AR İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 07.12.2021-ci il tarixdə saat 17 radələrində “Xalçaçılıq” muzeyinin qarşısında gülün verilməsi ilə bağlı Əlibəylə görüşmüş, sonra orda olan polis nəfərindən keçmiş həyat yoldaşından soruşmuş, keçmiş həyat yoldaşının orada olmasını bildirmişlər. O, işini həll etdikdən sonra 1-ci qapı tərəfdən keçmişdir ki, Fatiməni uzaqdan görə bilsin, onun üçün darıxmışdır. Lakin o, heç bir şey etməmiş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq 9-cu Polis Bölməsinə dəfət etmişlər, orada ona demişlər ki, Fatimə ondan şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X1 öz ifadəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı Ramil dəfələrlə onun işlədiyi yerə gələrək, onu narahat etmiş və təhqir etmişdir. O, mühafizə xidmətində işləyir. 07.12.2021-ci il tarixdə işdən çıxarkən təkrar Ramil onun iş yerinə gəlmiş, onu nəlayiq ifadələrlə təhqir etmiş, işdən çıxaracağı, “Tik-Tok”a şəkilini çəkib yerləşdirəcəyini və onu biabır edəcəyini deyərək, ona qarşı xuliqanlıq etmişdir. Artıq neçə dəfədir ki, du hərəkət təkrarlanır, onu bağışlamır. Məhkəmə inzibati xəta törətmiş və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXMnın 510-cu maddəsinin tərkibi mövcuddur. Beləliklə tərtib edilmiş protokolla və raportla Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və onun özünü təqsirli bilməməsi, özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınmaq məqsədi güdür. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını, zərərçəkənə qarşı əvvəllər də dəfələrlə eyni xarakterli hərəkətlər etməsini nəzərə alaraq Şəxs AR İMX-nın 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutmanın əvvəli Şəxs faktiki tutulduğu vaxtdan, yəni 07 dekabr 2021-ci il tarixdən 18:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07.12.2021-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2334/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2334/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver