Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2335/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 dekabr 2021-ci il tarixli, 00100-2258/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 07 dekabr 2021-ci il tarixli, 00100-2258/21 saylı inzibati xəta haqqında protokola əsasən Şirvan səhəri, 1 mav. ev 106A. mənzil 106A ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Cin Xalq Respublikasının “X2 And Export CO. LTD” şirkətindən ‘X3 Parts CO. LTD” şirkətinin tapşırığı ilə 26.10.2021-ci il tarixdə 93B76510/93B76610 nömrə nişanlı yük avtomaşınının üzərində olan FBLU ******* nömrəli konteynerdə 0103Q0876 nömrəli 01.07.2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********3061 sorğu nömrəli 28.10.2021-ci il tarixli gömrük bəvannamasi ilə bəyan edilən mallara 03.11.2021-ci il tarixdə “ipək Yolu” terminalında gömrük baxışı həyata keçirilmişdir. Baxış zamanı **********3061 sorqu nömrəli 28.10.2021-ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilən 300 ədəd “Howo” və “Shachman’’ markalı nəqliyyat vasitələrinin daxiliyanma mühərrikləri üçün hava filtrləri (Air Filter KRN3046) yükündən əlavə gömrük orqanına düzgün bəyan edilməyən, mal-müsaviət sənədlərində qeyd edilməyən 266 ədəd “Howo” və “Shachman” markalı nəqliyyat vasitələri ücün nəzərdə tutulmuş hava filtrləri (Air Filter KRN3046) yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 266 ədəd “Howo” və “Shachman” markalı nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hava filtrləri (Air Filter KRN3046) yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006- 22/007926 nömrəli 05.11,2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 04.12.2021-ci il tarixdə Bakı Bas Gömrük İdarəsinə daxil olmuş 9/8043 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, “Howo” və “Shachman” markalı nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş 1 ədəd hava filtrinin 26.10.2021-ci il tarixə orta bazar qiymətinin 30,00 manat, 266 ədədinin orta bazar qiymətinin isə 7980,00 (yeddi min doqquz yüz səksən) manat olduğu müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsi tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Çin Respublikasından 93B76510/93B76610 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxıl olmuş yüklərə 03.11.2021 -ci il tarixdə ‘ipək yolu' terminalın 4-ci anbarında baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş və Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********3061 sorğu nömrəli, 28 10.2021 -ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqəsındə “HOWO” və "SHACHMAN” markalı nəqliyyat vasitələrinin daxiliyanma mühərrikləri üçün hava filtiəri Air filtr KRM3046-300 ədəd bəyan olunduğu halda 566 ədəd, yəni 266 ədəd artıq fitirlər aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 29 noyabr 2021-ci il tarixli 9/8043 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş “Howo” və “Shachman” markalı nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş 1 ədəd hava filterinin 26.10.2021-ci il tarixə orta bazar qiyməti təxminən 30,00 manat, 266 ədədinin qiyməti isə 7980,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan 28.10.2021-ci il tarixli **********3061 nömrəli gömrük bəyənnaməsinə əsasən Şəxs MMC-nin (VÖEN:**********) ünvanına “Howo” və “Shachman” markalı nəqliyyat vasitələri ücün nəzərdə tutulmuş hava filtrləri(Air Filter KRN3046)-300 ədəd ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin 7980,00 (yeddi min doqquz yüz səksən) manat məbləğinin 30 (otuz ) faizi məbləğində, yəni 2394,00 (iki min üç yüz doxsan dörd) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2335/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2335/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver