Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2337/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Səbail rayonu DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 02 dekabr 2021-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 01.10.2021-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, 01.10.2021-ci il tarixdə Səbail RPİ-nə, Səbail rayonu Badamdar şosessi 12 ünvanında yerləşən yanacaq dodurma məntəqəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi və nəqliyyat vasitəsinə sahiblik hüququ olan X5 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan raportdan görünür ki, 01.10.2021-ci il tarixdə Səbail RPİ-nə, Səbail rayonu Badamdar şosessi 12 ünvanında yerləşən yanacaq dodurma məntəqəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 xəsarət alması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin 04 oktyabr 2021-ci il tarixli 649 saylı Ekspert Rəyindən görünür ki, Vətəndaş R.A.Kərimovun almış olduğu xəsarətlər - burun sümüyünün yerini dərişməyən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı, eləcə də, alın nahiyəsinin sıyrığı, hər iki gözaltı nahiyənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.10.2021-ci il tarixli yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan Şəxs oğlunun izahatından görünür ki, 01.10.2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq atası X1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı, **- HY-*** dövlət nömrə nişanlı avtomobili götürüb idarə etmişdir. Lakin onun sürücülük hüququ yoxdur və avtomobili idarə etmək üçün hər-hansı bir sənəd mövcud deyil. Lakin vacib işləri olduğu üçün atası Afindən icazə alıb qeyd etdiyi avtomobili idarə etmək üçün götürmüşdü. Belə ki, 01.10.2021-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi "Toyota Prius” minik markalı, **-HY-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Badamdar şossesində yerləşən yanacaq doldurma məntəqəsinə yanacaq doldurmaq üçün daxil olmuşdur.Yanacaq doldurub başa çatdıqdan sonra yoluna davam etməyə başlamışdır.Belə ki, yanacaq doldurma mərkəzindən əsas yola çıxmaq üçün sol istiqamətdən hərəkət edən avtomobillərin hərəkət istiqamətinə baxan zaman gözlənilmədən avtombilin sağ hissəsi ilə bir nəfər piyadanı vurmuş və nəticədə həmin piyada öz müvazinətim itirib yerə yıxılmışdır.O dərhal avtomobili saxlayıb həmin şəxsə yaxınlaşıb köməklik göstərməyə başlamışdır.Həmin piyada yanacaq dodurma mərkəzində operator işləyir.Bundan sonra o həmin şəxsi idarə etdiyi avtomobilə əyləşdirib yaxınlıqda yerləşən 34 saylı poliklinikaya aparıb həkimə müraciət etmişlər.Orada həmin piyadaya ilkin tibbi yardım göstərilib, müvafiq müayinə edib və ambulator müalicə üçün evə buraxmışlar.Bir qədər sonra isə hadisə yerinə polis əməkdaçları gəlib müvafiq araşdırma aparmağa başlamışlar.Daha sonra Şəxs bildirmişdir ki, o, yänacaq doldurma mərkəzindən əsas yola çıxan zaman sol istiqamətdən hərəkət edən avtomobillərin hərəkət etməsinə baxdığı üçün həmin piyadanı vurma təhlükəsinin neçə metr məsafədə yaranmasını görə bilməmişdir.O, yanacaq doldurma mərkəzində yanacaq doldurub yenicə hərəkət etməyə başladığı üçün sürət böyük olmayıbdır, 10 s/km sürətlə avtomobili idarə etmişdir.Həmin vaxt spirtli içki qəbul etməmişdir.Onun avtomobili idarə etmək üçün sürücülük huququ və yaxud hər hansı sənəd mövcud deyil.O, avtomobili hüquqsuz idarə etmişdir.X7 icazə alıb avtomobili götürüb idarə etmiş və X7un avtomobili sürücülük hüququ olmadan idarə etməyi barədə məlumatı olmuşdur. İş materiallarında olan toplanmış təhqiqat materiallarından görünür ki, sürücü Şəxs 01.10.2021-ci il tarixdə saat 12:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atası X2 məxsus “Toyota Prius” minik markalı, **-HY-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 12 ünvanında yerləşən yanacaq doldurma məntəqəsindən çıxarkən ehtiyatsızlıq edərək piyada qismində olan məntəqədə operator işləyən X6 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetiriliməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərini pozmuşdur.Odur ki, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə iclasında tədqiq edilməsi sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs oğlunun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2337/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2337/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver