Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2337/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Taleh qızının katibliyi, X1 nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1001619 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1001619 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X1 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edərək 1500 manat cərimə etmişdir. Lakin ona bu barədə məlumat verilməmiş, rəsmi olaraq protokol göndərilməmişdir. Bu barədə şikayətçiyə gələn sms vasitəsilə 1500 manat cərimənin gəldiyini görəndə məlumatlı olmuşdur, lakin protokol ona rəsmi olaraq göndərilməmişdir. Şifahi olaraq prtokolun nədən ibarət olması barədə məlumat verilmişdir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hesab edir ki, barəsində tərtib olunmuş protokol ona təqdim edilmədiyindən və əvvəlcədən xəbərdarlıq edilmədiyindən həmin qərar qanunsuz hesab olunmalıdır. Bildirmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bütün hüquqi prosedurları qanun çərçivəsində yerinə yetirir. Lakin sözügedən icbari sığorta müqaviləsinin bağlanmaması haqqında smsi aldıqda xəbərdar olmuş və dərhal həmin proseduru həll edərək, müvafiq icra sığorta müqavilələri bağlanmışdır. Yəni xəbərdarlıq edilmədən və protokol rəsmi şəkildə təqdim edilmədən barəsində qəbul olunmuş qərarı qanunsuz hesab edir. Halbuki, xəbərdarlıq olunsa idi, dərhal sözügedən pozuntunu düzəldərdi, ümumi sözlərlə hüquqi əxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ASAN PAY vasitəsilə əldə etdiyi məlumatda nə rəsmi protokol və əlavə edilmiş digər sübutlar növcuddur. Hesab edir ki, inzibati tənbeh növü qismində inzibati cərimə deyil, xəbərdarlıq seçilməli idi. Yəni sms-i aldığı an mühasibə məlumat verərək həmin düzəliş yerinə yetirilmişdir. Məlumatlı olsa idi, əvvəlcədən xəbərdarlıq şəklində məlumat alsa idi, belə yüksək məbləğdə cərimə ilə rastlaşmazdı. Səlahiyyətli orqan sadəcə protokol tərtib etməklə kifayətlənmişdir, amma onu belə rəsmi təqdim etməmişdir. X5 Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bunların heç biri nəzərə alınmamış, fərdi sahibkarın vəziyyətini ağırlaşdıraraq, inzibati cərimə tətbiq olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, cərimə tətbiq etməklə qurum fərdi sahibkarın vəziyyətini ağırlaşdırmış, faktiki vəziyyəti araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə şikayətdə qeyd edilənlərə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nümayəndələri dinləyib hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1001619 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X1 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1001619 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1001619 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2337/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2337/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver