Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2338/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1971-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, AR-nın vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 28 qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində X2 döyərək ona xəsarətlər yetirmişdir. Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı N.Qasımov xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X1 şikayəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədilə qərarın surəti PB-nə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, keçmiş həyat yoldaşı və qızı X1 yaşadığı evin yaxınlığında yaşayır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qızının yanına gedərkən keçmiş həyat yoldaşı ona demişdir ki, qardaşının keçmiş həyat yoldaşı İlahə onun qızını təhdid edir, nalayiq söyüşlərlə təhqir edir. O, əsəbiləşmiş küçədə olarkən İlahə gilin qapısında bir nəfər qadını görüb ona irad bildirmişdir ki, İlahəyə nəsihət versin, onları təhqir etməsin. Bu vaxt İlahə sürətlə üstünə gəlmiş nə istərdiyini soruşmuş və bununla bağlı bir-birlərini təhqir etmişlər. Lakin o İlahəni vurmamış, ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində xalası tullantıları tullamaq üçün bayıra çıxarkən keçmiş həyat yoldaşının bacısının keçmiş əri Araz onu təhqir etdiyini görmüş, o, bayıra çıxıb Arazın nə istədiyini soruşduqda, Araz onu nalayiq ifadələrlə təhqir etmiş, ona xəsarət yetirmiş və döymüşdür. Hadisədən bir neçə ay əvvəl Araz oğlunun qarşısını kəsmiş “ananı öldürtdürəcəyəm” kimi ifadə işlətmişdir. Onunla barışmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq, inzibati xəta törədən şəxsin, zərərçəkmiş şəxsin dinləyərək, hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin əlamətləri mövcuddur. İş üzrə AR Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” Publik hüquqi şəxsin məhkəmə-tibb eksperti Xəlil Abdullayevin 576 saylı canlı şəxsin ekspertiza rəyinə əsasən 1982-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına əsasən X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ saidin orta 1/3-nin ön səthinin qançırı və sol saidin aşağı 1/3-nin arxa səthinin sıyrığı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İXM-nın 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə həmin maddənin tərkibi yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, Şəxs zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətlər edərək ona qəsdən fiziki ağrı yetirməsi öz təsdiqini tapdığından, onun əməlində AR İXM-nın 157-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 157-ci maddəsinin tərkibinin olmasını nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə gətirdiyi dəlilləri üzrə məhkəmə hesab edir ki, bu dəlillər özünümüdafiə xarakterli daşımaqla məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, yaşını mübahisənin şəxsi münasibətlər zəminində baş verməsini, inzibati işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2338/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2338/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver