Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2338/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsəm qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Səmədov Vüqar Mirzəli oğlunun iştirakı ilə, X1 Mirzəli oğlunun Sumqayıt şəhər DYPŞ-nın 01 sentyabr 2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Mirzəli oğlu Sumqayıt şəhər DYPŞ-nın 01 sentyabr 2024-cü il tarixli TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsində göstərmişdir ki, idarə etdiyi “MERCEDES BENZ GLS 450” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 sentyabr 2024-cü il tarixində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbi pozulduğu üçün İXP ******* saylı protokol tərtib olunmuşdur.Hesab edir ki, İXP ******* saylı protokol əsassız olaraq tərtib olunmuşdur. Belə ki, o polis əməkdaşından sübut istəməyinə baxmayaraq patrul xidmətinin inspektoru ona nə video görüntü nə də fotoşəkil təqdim etməmişdir. O, narazılğını bildirmiş, həmçinin patrul xidmətinin inspektoru ona inzibati xəta haqqında protokolu təqdim etməmişdir. Onun qeydiyyatı Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında olduğu üçün şikayətə Səbail rayon Məhkəməsində baxılmasını və Sumqayıt şəhər DYPŞ-tərəfindən qəbul edilmiş 01 sentyabr 2024-cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 Mirzəli oğlu şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nın 01 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 oğlu 01 sentyabr 2024-cü il tarixdə saat 21:14 radələrində idarə etdiyi “Mercedes Benz GLS 450” minik markalı, **-AS- *** nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt, Mikrarayon 2-6 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 80 manat cərimə edilmişdir. İş materiallarında olan videogörüntüdən 01 sentyabr 2024-cü il tarixdə X2 oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozuntusunun baş verməsi əsaslandırılmamış, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, sürücü X2 oğlu tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduğda inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 oğlunun təqsirliliyi sübuta yetirilmədiyindən X2 oğlu tərəfindən verilmiş şikayət təmin olunmalı, Sumqayıt şəhər DYPŞ-nın 01 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər DYPŞ-nın 01 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Sumqayıt şəhər DYPŞ-nın 01 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 oğlunun barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Səbail rayon məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2338/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2338/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver