Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2340/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə X2 barəsində tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli EQ 17804492 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X1 məhkəməyə şikayətlə müraciət edərək barəsində tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli EQ 17804492 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək bildirmişdir ki, xəta təhlükəsizlik kamerası vasitəsilə çəkilmişdir. O, qərarın surətini əldə etmək üçün Baş Dövlət Yol Polis İdarəsinə müraciət etsə də, ona təqdim etməmişlər. Ona bildirmişlər ki, “Asanpay” vasitəsilə ona inzibati xəta haqqında məlumat verilmişdir, qərarı məhkəmə sorğu göndərdikdə məhkəməyə təqdim edə bilərlər. Buna görə qərarın surətini məhkəməyə təqdim edə bilməyəcəkdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayət verən şəxs xx.xx.2023-cü il tarixli, EQ 17804492 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, qəbul edilmiş qərarın surətini iş materiallarına əlavə etməmişdir. Göstərilən hal isə, yəni şikayət verilmiş protokol üzrə qəbul edilmiş qərarınını surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 barəsində tərtib edilmiş edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17804492 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-129-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 barəsində tərtib edilmiş edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2340/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2340/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver