Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2344/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Səbail rayon Kommunal Təsərrüfatı Birliyinin 46 saylı Mənzil İstismar Sahəsində sahə bələdçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən tərtib edilmiş 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Səbail rayonu, Xanlar küçəsi yolun ortasına daş parçaları düşmüş idi, daşı yerdən götürüb ətrafı təmizləyərkən, səkidən içəriyə doğru, yəni tikinti ərazisinə atmaq istəmiş, lakin daş tikinti hasarının dəmirinə dəyərək ona geri qayıtmış və ayağına düşmüşdür. O, işçini geyim forması ilə təmin etmişdir, texniki təhlükəsizlik kitabına qol çəkdirmiş, təlimatı işçiyə təqdim etmişdir. Əmək Müfəttişliyi də hadisənin işçinin öz səhlənkarlığı ucbatından baş verdiyini bildirmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən qəbul edilmiş 31 oktyabr 2023-cü il tarixli qərarla X2 xəsarət alması faktı əsasında toplanmış material üzrə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Səbail Rayon Kommunal Təsərrüfatı Birliyinin 46 saylı Mənzil İstismar Sahəsində sahə bələdçisi işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 633/23 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X1 ayağının İİ daraq sümüyününü distal hissəsində fraqmentlərin minimal yerdəyişməsi ilə müşayiət olunan (hazırda mazollaşmış) açıq sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-əməyin təhlükəsizliyinin tədqiqi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7458 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80” 4-cü fəsil “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.2, 2.6, 3.6 bəndlərinin və “Mənzil-Kommunal İstismar sahələrində çalışan sahə bələdçiləri (texniklər) üçün vəzifə təlimatının 1.8 bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2344/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2344/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver