Məhkəmə qərarları › İş №3(009)-2347/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2347/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2347/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Mərkəzi bankın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 15210 İngilis funt sterlinqi məbləğində vəsaiti 14 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15210 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Mərkəzi bankın nümayəndəsi X4 protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 protokola etiraz edərək bildirmişdir ki, AR. Mərkəzi Bankının 27 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Şəxs MMC 15210 İngilis funt sterlinqi məbləğində vəsaiti 14 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15210 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bildiririk ki, AR Mərkəzi Bankının EP№ ******* saylı 27 oktyabr 2023-cü il tarixli Protokolu əsassız və qanunsuzdur. Belə ki, işin hallarına obyektiv yanaşılmamış, beynəlxalq ticarət sövdələşmələrinin təcrübələrini nəzərə alınmadan protokol tərtib edilmişdir. AR Mərkəzi Bankının 15210 funt sterlinqin xaricə köçürməsi və 2 il müddət keçsə də Malların Azərbaycan Respublikasına idxal edilməməsi və ya valyutanın geri qaytarılmamasını səbəb göstərməklə AR Mərkəzi Bankının EP № ******* saylı 27 oktyabr 2023-cü il tarixli Protokol tərtib etmişdir. Şəxs MMC (bundan sonra “PDL”) ilə Azərbaycan Beynəlxalq Əməliyyat Company (bundan sonra “BP”) arasında 15 aprel 2020-ci il tarixli CW160796 saylı Təchizat Müqaviləsi imzalanmışdır. X3 Çatdırılmasına dair maddəsinə (Maddə 7.1.1) əsasən çatdırılma şərtləri həmin müqaviləyə əlavələrlə (Section 1, Framwork A) müəyyən edilir. Sözügedən əlavədə Sifarişçinin Mal sifarişini Alış Sifarişi vasitəsilə İcraçıya həvalə etməsi aydın şəkildə qeyd edilmişdir.Mərkəzi Bank tərəfindən tərtib edilmiş EP№ ******* saylı 27 oktyabr 2023-cü il tarixli Protokolda 15 210 İngilis funt sterlinqi məbləğində vəsaitin 14 oktyabr 2021-ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alman malların ölkəyə idxal edilmədiyi bildirilmişdir. Bu isə əsassızdır. Belə ki, BP ilə PDL arasındakı ********** sayh Alış Sifarişində çatdırılma şərti olaraq FCA UK (İncoterms) (FCA (FREE CARRİER) - satıcının ölkəsində təyin olunmuş yerdə təhvili nəzərdə tutur) olaraq müəyyən edilmişdir. Bununla Mal BP-yə Birləşmiş Krallıqda təhvil verilməsi müəyyən edilmişdir. PDL ilə PO21-********** sayh Alış Sifarişi üzrə Freudenberg Oil& Gas Technologies LTD, yəni təchizatçı şirkəti arasındakı Alış Sifarişində də Malın BP üçün sifariş verilməsi, Alıcının BP olması dəqiq şəkildə əks edilmişdir. Bununla, BP həmin Mall FCA UK Şərtinə əsasən Birləşmiş Kralhnda təhvil almış və da, həmin Mah müşayət edən Trans-Global şirkətinin 05 oktyabr 2021-ci il tarixli TGP-BPCS-314 nömrəli Çatdırılma Təsdiqi sənədi və Çatdırılma təsdiqi siyahısına əsasən adıçəkilən Alış Sifarişi üzrə Malın Azərbaycan Respublikası ərazisində yerləşən BP-nin bazası olan Bosh Shelf-ə təhvil verildiyi əyani şəkildə əksini tapır. Tərəfimizdən Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən sübut edilir ki, AR Mərkəzi Bankı tərəfindən tərtib edilən Protokolda vəsaitin 14 oktyabr 2021-ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilmədiyi qeyd edilsə də Trans- Global şirkətinin 05 oktyabr 2021-ci il tarixli TGP- BPCS-314 nömrəli Çatdırılma Təsdiqi sənədi və Çatdırılma təsdiqi siyahısına əsasən mallar ödəniş tarixindən öncə Azərbaycan arazisinə çatdırılmış və BP-yə təhvil verilmişdir. AR Mülki Məcalləsinin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Buna əsasən Müqavilə üzrə ödənişlər qarşı tərəflə əldə edilmiş razılığa əsasən Mallar BPyə təhvil verildikdən sonra ödənilmişdir. Bununla da, BP ilə PDL arasındakı qeyd edilən Alış Sifarişi üzrə Malın müvafiq qaydada Azərbaycan Respublikasına idxal olunmasını əsas tutaraq AR İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasma görə Mərkəzi Bank tərəfindən tərtib edilmiş Protokol əsassızdır. Beləliklə, yuxarıda adı çəkilən və məhkəməyə təqdim edilmiş bütün sənədlərdə BP ilə PDL arasındakı ********** saylı Alış Sifarişi üzrə Malın ardıcıl şəkildə Azərbaycan Respublikasına idxal olunması tam əksini tapır. Şəxs MMC Müqavilə üzrə öhdəliklərini və Azərbaycan Respublikasının müvafiq qanunvericilik tələblərinə tam riayət etməklə tam yerinə yetirmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarına əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə Mərkəzi Banka təqdim edilir. İş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 01 fevral 2020-ci il tarixli, 9894 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, ********** saylı İNVOİCE əsasında Şəxs MMC tərəfindən 15210 İngilis funt sterlinqi məbləğində vəsait "xxxx" Şirkətinin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, 04 oktyabr 2021-ci il tarixdə Şəxs MMC tapşırığı əsasında (satın-alma sifarişi) və Şəxs MMC tərəfindən xaricə köçürülmüş 15210 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal edimişdir. İş materiallarına əlavə edilmiş 15 aprel 2020-ci il tarixli CW160796 saylı müqaviləsindən görünür ki, Şəxs MMC(PDL) ilə Azərbaycan Beynəlxalq Əməliyyat Company (BP) arasında təchizat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə malların çatdırılması şərtləri müqavilənin 7.1.1 bəndinə əsasən müqavilənin əlavəsi ilə (Section 1, Framwork A) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 15 aprel 2020-ci il tarixli CW160796 saylı müqaviləsinə olan əlavədən (Section 1, Framwork A) görünür ki, Sifarişçi (BP) İcraçıya (PDL) təchizatçı şirkətdən malın alınmasını satın-alma sifarişi əsasında rəsmiləşdirilməsini həvalə etmişdir. Həmçinin çatdırılma şərti olaraq FCA UK (İncoterms) (FCA (FREE CARRİER) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş PO ********** saylı satın-alma sifarişindən görünür ki, İcraçı(PDL), Freudenberg Oil & Gas Technologies LTD-dən(Təchizatçı şirkət) malı BP(Sifarışçi) üçün sifariş vermişdir. İş materiallarına əlavə edilmiş Trans-Global şirkətinin(Çatdırılma şirkəti) 05 oktyabr 2021ci il tarixli TGP-BPCS-314 nömrəli təhvil təslim aktdan/qaimədən(çatdırılmanı təsdiq edən sənəd) görünür ki, PO ********** satın-alma sifarişi əsasında alınan mallar Azərbaycan Respublikası ərazisində yerləşən Sifarişçi (BP) bazası olan Bosh Shelf-ə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli ,2021-01402 N-li invoysdan görünür ki, İcraçı(PDL) Sifarişçidən (BP) PO ********** satın-alma sifarişi əsasında Sifarişçi (BP) üçün alınmış malların dəyərinin ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin Paşa Bank ASC-də olan çıxarışından və SWİFT-dən görünür ki, Sifarişçi (BP) İcraçının(PDL) bank hesabına 09 sentyabr 2021-ci il tarixli, 2021-01402 N-li üzrə 16350.79 İngilis funt sterlinqi köçürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 04 oktyabr 2021-ci il tarixdə xaricə köçürülmüş 15210.00 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi təqdim edilmiş satın-alma sifarişi, təhvil təslim aktı/qaimə, invoys, bank səndləri və gömrük bəyannaməsi ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53,114-117və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar