Məhkəmə qərarları › İş №3(009)-2347/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2347/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2347/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 oktyabr 2024-cü il tarixli, 00100-02780/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati xətta haqqında protokola əsasən Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/024484 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, idxalatçı Səfər-zadə Babək Mehdibəy oğlunun ünvanına Çin Xalq Respublikasından 781BEC02/60AH302 nömrəli avtomaşınla gəlmiş, AZR324565 saylı xx.xx.2024-cü il tarixli invoys və **********7564 nömrəli qısa idxal bəyannaməsi ilə bəyan olunmuşdur. Nəqliyyat vasitəsi sərhəd keçid məntəqəsində Xray aparatında yoxlama zamanı şübhəli cizgilər müəyyən edilmiş və VAİS proqramında skan görüntüsünün olduğu qeydə alınmışdır. **********7564 nömrəli qısa idxal bəyannaməsi ilə bəyan olunan yüklər Bakı Baş Gömrük İdarəsində **********5594 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşmiş və yüklərə fiziki baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan nöqtədən bəyan olunmayan 01 ədəd 12 kq yağ süzmə aparatı aşkar edilmişdir. Aparılan araşdırma zamanı Azərbaycan Respublikasının vətəndaşı Səfər-zadə Babək Mehdibəy oğlunun izahatı alınmış və o, izahatında onun adına ixal olunan malların gömrük rəsmilləşdirilməsini, logistika və çatdırılmasınının "Şah Lojistik” MMC tərəfindən həyata keçirildiyini, 1 ədəd 12 kq yağ süzmə aparatı yükünün ona aid olmadığını və həmin yükün "Şah Lojistik” MMC-nin direktoru X1 məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2zərə alsaq ki, Şəxs MMC qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi qeydiyyatda olduğu ünvanda müvafiq tədbir görməyərək, 01 ədəd 12 kq yağ süzmə aparatı bəyan etməməklə hərəkətsizliyə yol vermiş, belə olan halda, inzibati xəta hadisəsi Şəxs MMC-nin hüquqi ünvanında baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs MMC-nin hüquqi ünvanıdır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli, 00100-02780/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar