Məhkəmə qərarları › İş №3(009)-2348/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2348/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2348/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsəm qızının katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayit Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayit Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli 00700-00221/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/003826 nömrəli raporta əsasən, Şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə 23078 kq “Alüminium ərintilərindən billetlər” yükünü Sumqayıt Gömrük İdarəsində **********3700 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək rəsmiləşdirmişdir. Qeyd olunan prosedur şərtlərinə əsasən sözügedən bəyannamə üzrə mallar xaricdə emaldan sonra hasilat norması çıxılmagla 22669.94 kq “alüminiumdan müxtəlif profillər” halında gömrük ərazisinə təkrar idxal olunmalı idi. Xaricdə emaldan sonra xx.xx.2024-cü il tarixdə **********8404 sorğu nömrəli gömrük bəyannaməsi və xx.xx.2024-cü il tarixli **********6665 sorğu nömrəli gömrük bəyannaməsi üzrə cəmi 19365 kq “alüminiumdan müxtəlif profillər” halında emal məhsulu idxal olunmuş və gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Lakin xaricdə emal müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra cəmi 2740.88 kq çəkidə emal məhsulu bugünədək xaricdə emalda qalmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmişdir. Fakt üzrə toplanmış materiallara əsasən tərəfimdən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələrinə əsasən inzibati araşdırma başlanmışdır. Aparılan araşdırma zərurəti ilə əlaqədar olaraq, "xxxx" MMC tərəfindən **********3700 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin təkrar idxal edilməyən 2740.88 kq çəkidə emal məhsulunun dəyəri, həmçinin 2740.88 kq çəkidə emal məhsulu təkrar idxal gömrük prosedurunda Azərbaycan Respublikası ərazisinə qaytarılsaydı bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə, əlavə olaraq "xxxx" MMC 2740.88 kq çəkidə emal məhsulunu xaricdə emal gömrük prosedurunda yox, ixrac gömrük prosedurunda rəsmiləşdirilsəydi bu halın gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi, təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə mərkəzinə xx.xx.2024-cü il tarixli 3-33-1800/013/003873 saylı raportla sorğu verilmişdir. Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/004015 saylı raporta əsasən, xx.xx.2023-cü il tarixli **********3700 saylı gömrük bəyannaməsi ilə Şəxs tərəfindən xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq bugünədək təkrar idxal edilməyən 2740.88 kq çəkidə alüminium ərintilərindən müxtəlif boyalı və içiboş profillər olan emal məhsulunun təxmini dəyəri 10594.50 $ ABŞ dolları, həmçinin qeyd edilən gömrük bəyannaməsi üzrə 2740.88 kq çəkidə alüminium ərintilərindən müxtəlif boyalı və içiboş profillər olan emal məhsulu xaricdə emaldan sonra idxal, ixrac gömrük prosedurunda hasilat norması hesablanmadan 2790.21 kq alüminium ərintilərindən billetlər halında rəsmiləşdiriləcəyi halda emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 6852.20 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük ödənişləri-gömrük yığımları: 240 AZN, ixrac gömrük rüsumu: 69.89 AZN, cəmi 309.89 AZN (üç yüz doqquz manat, 89 qəpik) təşkil edəcəkdir. İş üzrə “Gömrük Xidmətinin X1 sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Niton-2023’’ MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********3700 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2023-cü il tarixli 124 nömrəli invoys sənədi, xx.xx.2023-cü il tarixli ALC- 2711/23 nömrəli müqavilə, xx.xx.2023-cü il tarixli ərizə əsasında “aliminium ərintilərindən itlər” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və xx.xx.2024-cü il tarixədək geri qaytarması barədə öhdəlik götürməklə xaricdə emal olunmaq üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Alkas Metal Sanayi Anonim” şirkətinə göndərilmişdir və bügünədək təkrar idxal olunmamışdır. Faktla əlaqədar olaraq müəyyən edilmişdir ki, Şəxs MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “Alkas Metal Sanayi Anonim” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALC-2711/23 nömrəli müqavilə əsasında Şəxs MMC tərəfindən “aliminium ərintilərindən billetlər” yükü xx.xx.2023-cü il tarixli **********3700 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. “Niton-2023'' MMC xx.xx.2023-cü il tarixli ərizəsi ilə öhdəlik götürmüş və həmin öhdəliyə əsasən Sumqayıt Gömrük İdarəsi tərəfindən 6 ayadək “aliminium ərintilərindən billetlər” yükünün qaytarılmasına icazə verilmişdir. Şəxs MMC-nin öhdəlik müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Lakin xaricdə emaldan sonra çəkisi 2740.88 kq, dəyəri 10594,50 ABŞ dolları təşkil edən emal məhsulu bugünədək təkrar idxal olunmamışdır, yaxud digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Nəticədə "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********3700 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin təkrar idxal edilməyən 2740.88 kq çəkidə emal məhsulunun dəyəri, həmçinin 2740.88 kq çəkidə emal məhsulu təkrar idxal gömrük prosedurunda Azərbaycan Respublikası ərazisinə qaytanlasaydı bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib- etməməsi, təsir etdiyi təqdirdə "Niton-^023" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə, əlavə olaraq "xxxx" MMC 2740.88 kq kq çəkidə emal məhsulunu xaricdə emal gömrük prosedurunda yox, ixrac gömrük prosedurunda rəsmiləşdirilsəydi bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Rəsmiləşdirmə mərkəzinə göstəriş verməyini xahiş etmişdir. İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Əməliyyat və Təhqiqat şöbəsindən Rəsmiləşdirmə mərkəzinə daxil olmuş xx.xx.2024- cü il tarixli, 3-33- 1800/013/003873 saylı raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixli **********3700 saylı gömrük bəyannaməsi ilə Şəxs tərəfindən xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq bugünədək təkrar idxal edilməyən 2740.88 kq çəkidə alüminium ərintilərindən müxtəlif boyalı və içiboş profillər olan emal məhsulunun təxmini dəyəri 10594.50 ABŞ dolları, həmçinin qeyd edilən gömrük bəyannaməsi üzrə 2740.88 kq çəkidə alüminium ərintilərindən müxtəlif boyalı və içiboş profillər olan emal məhsulu xaricdə emaldan sonra idxal yox, ixrac gömrük prosedurunda hasilat norması hesablanmadan 2790.21 kq alüminium ərintilərindən billetlər halında rəsmiləşdiriləcəyi halda emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 6852.20 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük ödənişləri aşağıda kimi təşkil edəcəkdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursunun protokolundan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********3700 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2023-cü il tarixli 124 nömrəli invoys sənədi, xx.xx.2023-cü il tarixli ALC-2711/23 nömrəli müqavilə, xx.xx.2023-cü il tarixli ərizə əsasında “aliminium ərintilərindən billetlər” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və xx.xx.2024-cü il tarixədək geri qaytarması barədə öhdəlik götürməklə xaricdə emal olunmaq üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Alkas Metal Sanayi Anonim” şirkətinə göndərilmişdir və bugünədək təkrar idxal olunmamışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-ə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin- 10.594,50 (on bir min beş yüz doxsan dörd dollar əlli sent) ABŞ dollarının 30%(otuz) faizi miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3.178 (üç min üç yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar