Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2350/2021 10.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.09.2021-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, X11 ilə üzbəüz yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında X2 məxsus “Redmi 9” markalı mobil telefonu alıb qaytarmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs 10 dekabr 2021-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru İldırım Salahov tərəfindən qəbul edilmiş 29 sentyabr 2021-ci il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, Şəxs 18.09.2021-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, X11 ilə üzbəüz yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında X2 məxsus “Redmi 9” markalı mobil telefonu alıb qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Sərvan və Əli adlı şəxsləri 6 ay olar ki tanıyır. Belə ki, 18.09.2021-ci il tarixdə saat 04 radələrində Su İdman parkında idman etdikdən sonra evə qayıtdığı zaman yolda Sərvan və Əlini görüb onlarla söhbət edib gəzə-gəzə yaşadığı evin yaxınlığında oturacaqda əyləşmişlər. Həmin vaxt Sərvan ona maşınını vurduğunu və bu səbəbdən ona pul lazım olduğunu bildirmiş, o isə pulu olmadığı üçün mobil telefonunu ona verə biləcəyini, lakin telefonun özünə yox, ailə üzvlərinə məxsus olduğundan tez zamanda qaytarmalı olduğunu bildirmişdir. Sərvan ona həmin telefonu lombarda qoyub pul götürəcəyini, 19.09.2021-ci il tarixdə saat 17 radələrində isə mobil telefonu lombardan götürüb ona qaytaracağını bildirmişdir. O, “Redmi 9” markalı mobil telefonunu Sərvana vermişdir. Lakin Sərvan dediyi vaxt onun mobil telefonunu qaytarmadığı üçün o, ailəsinin təkidi ilə 20.09.2021-ci il tarixdə hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmçinin o, hadisəni Ə.Səfiyevin kənardan izlədiyini və mobil telefonu Sərvana köməklik məqsədilə verdiyini bildirmişdir. Hazırda aralarında mübahisənin olmadığını, Sərvanın ailəsinin telefonun pulunu ona tez zamanda qaytarılacağına söz verdiyini bildirərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 18.09.2021-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, X11 ilə üzbəüz yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında dostu Əli Səfiyev ilə X3 görmüşlər. O, həmin vaxt E.Abdullayevə maşınını vurduğunu və bu səbəbdən ona pul lazım olduğunu demiş, Elbəyi isə pulu olmadığı üçün mobil telefonunu ona verə biləcəyini, lakin telefonun özünə yox, ailə üzvlərinə məxsus olduğundan tez zamanda qaytarmalı olduğunu bildirmişdir. O da ona həmin telefonu lombarda qoyub pul götürəcəyini, 19.09.2021-ci il tarixdə saat 17 radələrində isə mobil telefonu lombarddan götürüb ona qaytaracağını bildirmişdir. E.Abdullayev “Redmi 9” markalı mobil telefonunu ona vermişdir. O da həmin gün həm E.Abdullayevin telefonunu aparıb lombarda qoyaraq 150 manat, həm də öz telefonunu qoyaraq 130 manat məbləğində pul götürmüş və maşınını vurduğu zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Lakin dediyi vaxtda lombarda pulu ödəyə bilmədiyi üçün E.Abdullayevin mobil telefonunu götürüb qaytara bilməmişdir. Həmçinin o, E.Abdullayevə qarşı dələduzluq etmədiyini, Əli Səfiyevin hadisəni kənardan izlədiyini, E.Abdullayevin mobil telefonu ona köməklik məqsədilə özünün verdiyini, telefonun pulunu ona tez zamanda qaytarılacağına söz verdiyini bildirərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. İXM-nin 227-ci maddəsinin dispozisiyasından görünür ki, məhz xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Belə ki, işin hallardan müəyyən edilir ki, 18.09.2021-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, X11 ilə üzbəüz yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında Şəxs dostu X9 ilə dostları E.Abdullayevi görmüş, Şəxs həmin vaxt E.Abdullayevə maşınını vurduğunu və bu səbəbdən ona pul lazım olduğunu demiş, pulu olmadığı üçün E.Abdullayev mobil telefonu ona verə biləcəyini, lakin tez qaytarmalı olduğunu bildirmişdir. Şəxs həmin gün həm E.Abdullayevin telefonunu aparıb lombarda qoyaraq 150 manat, həm də öz telefonunu lombarda qoyaraq 130 manat məbləğində pul götürmüş və maşınını vurduğu zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Lakin Sərvan dediyi vaxtda lombarda pulu ödəyə bilmədiyi üçün E.Abdullayevin mobil telefonunu götürüb qaytara bilməmişdir. Bununla yanaşı zərərçəkmiş şəxs E.Abdullayev də izahatında mobil telefonu Şəxs köməklik məqsədilə verdiyini, hazırda aralarında mübahisənin olmadığını, Sərvanın ailəsinin telefonun pulunu ona tez zamanda qaytarılacağına söz verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflərin öz izahatlarında da qeyd etdikləri kimi 18.09.2021-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, X11 ilə üzbəüz yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında E.Abdullayevin könüllü olaraq mobil telefonu Şəxs köməklik məqsədilə verməsi, lakin sonradan Şəxs həmin telefonu E.Abdullayevə söz verdiyi vaxtda qaytara bilməməsi, Əli Səfiyevin isə hadisəni kənardan izləməsi dələduzluq yolu ilə özgəsinin əmlakını talama kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində hazırki material üzrə İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırki inzibati iş üzrə əməldə inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Şəxs 10 dekabr 2021-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati qaydada tutulmuş Şəxs barəsində olan material üzrə icraata xitam verilməsi nəticəsinə gəlindiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2350/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2350/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver