Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2352/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin direktoru Çin Xalq Respublikasının vətəndaşı Ye Xueqın, X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC İD********** və İD********** nömrəli müraciət əsasında idxal edilmiş qida məhsullarının xx.xx.2023-cü il tarixdə sertifikatsız satışını həyata keçirmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X5 Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC- direktoru Ye Xueqın inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, idxal olunmuş məhsullar Çin restoranına satılmışdır. Məhsulları restoranın anbarına gətirmişlər. Bu zaman Fövqəladə Hallar Nazirliyi restoranı cərimələmiş və bildirmişdir ki, restoranda yanğın təhlükəsizliyi olmadığından məhsulları anbarda saxlamaq olmaz. Bundan sonra anbarı Abşeron rayonuna köçürtmüşlər. X3 Bakı Regional Bölməsinə anbarın yerinin Abşeronda olması və məhsullara orada baxış keçirilə biləcəyi barədə ərizə ilə müraciət etmişlər. Cavab olaraq isə bildirilmişdir ki, Sumqayıt Regional Bölməsi baxışı keçirəcəkdir. Hesab edir ki, inzibati xəta hadisəsi mövcud deyil. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 01 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC İD********** və İD********** nömrəli müraciətlər əsasında idxal edilmiş qida məhsullarının xx.xx.2023-cü il tarixdə sertifikatsız satışını həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X2-Xızı Regional Bölməsi tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixli aktdan görünür ki, İD********** və İD********** nömrəli müraciət əsasında idxal edilmiş qida məhsullarına baxış keçirilmişdir. İdxal olunmuş məhsulların tamlığı yoxlanılmış, aşkar edilmiş faktlar ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi haqqında Qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə ölkəyə idxal olunmuş qida məhsulları partiyası barədə xx.xx.2023-cü il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş olunmuşdur. Həmçinin qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraat başlanılacağı barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı İD********** və İD********** nömrəli müraciətlər etmiş, məktubda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikası qanununun 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2352/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2352/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver