Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2352/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 28 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, “Naftalan” klinikasının yaxınlığında aparılan tikinti işləri zamanı atmosferdə (ətraf mühitdə) tozun miqdarı ətraf mühit üçün yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Barəsində inzibati protokol tərtib edilən Şəxs MMC- nin nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Şəxs MMC həmin ərazidə tikinti işləri aparmır. Şəxs MMC-nin belə bir inşaat lahiyəsi yoxdur. Şəxs MMC-nin protokolda adı keçən sahə rəisi Quliyev Eşqin adında işçisi yoxdur. Ərazi xüsusi mülkiyyət hüququ ilə Quliyev Etibara məxsusdur. İcra hakimiyyətini məlumatlandırma əsasında tikinti işlərini də özü aparır. Bunu hansı formada edir özü bilir. Amma Şəxs MMC-nin həmin ərazidə aparılan tikinti işlərinə heç bir aidiyyəti yoxdur. İnzibati xətalara dair bir pozundu varsa Quliyev Etibar və ya tikinti işlərini rəsmi qaydada həvalə etdiyi şəxs məsuliyyət daşımalıdır. Şəxs MMC ilə Quliyev Etibar arasında tikinti işlərinin aparılmasına dair hər hansı müqavilə, razılaşma yoxdur. Səlahiyyətli orqanın tərtib etdiyi protokoldan və Şəxs MMC-yə ünvanladığı məktubdan da anlaşılır ki, törədilən inzibati xəta atmosfedə tozun miqdarının yol veriləndən çox olmasıdır. Amma protokolda Azərbaycan Respublikası İXM- nin 233.1 -ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsi qeyd edilib. Halbu ki, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması İXM-nin 234-cü maddəsində müəyyən edilib. İXM-nin 234.0.2.-ci maddəsində atmosfer havasına zərərli maddələrin atılması inzibati xəta olaraq müəyyən edilmişdir. Səlahiyyətli orqanın qanunun maddəsinin tövsifində səhv etməsinin səbəbi var. Belə ki, İXM 233.1-ci maddəsinin (ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələr) sanksiyasında fiziki şəxslərin məsuliyyəti nəzərdə tutulmayıb. İXM 234-cü maddəsinin (atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) sanksiyasında fiziki şəxslərin məsuliyyəti nəzərdə tutulub. Səlahiyyətli orqan fiziki şəxsin deyil vəzifəli şəxsin və ya hüquqi şəxsin daha ağır sanksiyaya məruz qalması üçün qanunun tövsifmdə manipulyasiya edib. Səlahiyyətli orqanın “atmosfer də ətraf mühitdir” məntiqi İXM-si ilə inkar olunur. Çünki protokolda atmosferdə tozun miqdarının yol veriləndən çox olması müəyyən edilib. İXM-nin 234.0.2.ci maddəsində atmosfer havasına zərərli maddələrin atılması xüsusi diizənlənib. Yəni İXMsi ilə ətraf mühitə atılan zərərli maddələr və atmosferə atılan zərərli maddələr ayrı-ayrı düzənlənib. Ətraf mühitə atılan zərərli maddələr 233-cü maddədə, atmosferə atılan zərərli maddələr 234-cü maddədə düzənlənib. Səlahiyyətli orqanın qanunun tövsifmdə yol verdiyi səhvin digər səbibi də var. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 59 nömrəli qərarının 2.3 bəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət qeydiyyatına alınmış zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin siyahısını Səhiyyə Nazirliyi ilə birlikdə hazırlaması və təsdiq etməsi müəyyən edilib. Tikinti gedən ərazidə havaya qalxmış tozun Səhiyyə Nazirliyi və Ekologiya Nazirliyinin birgə hazırlayıb təsdiq etdikləri siyahıda olması, yol verilən miqdarı təsdiq olunmalıdır. Protokolu tərtib etmiş səlahiyyətli orqanın daha da çox məbləğdə cərimələmək arzusu səbəbindən inzibati xəta ilə heç bir əlaqəsi olmayan bir hüquqi şəxsi nə az nə çox 12500 manatadək cərimə ilə üz-üzə qoyub. İnzibati xətaya dair əməl düzgün tövsif edilməli, inzibati xətanı törətmiş şəxs düzgün olaraq müəyyən edilməli idi. Ərazi Quliyev Etibara məxsusdur. Məlumatlandırma əsasında özünə məxsus ərazidə iki mərtəbəli evlər tikir. Atmosferə zərərli maddə atırsa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 sentyabr 2024-cü il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və X7 Monitorniq İdarəsi tərəfindən monitoring zamanı “Badamdar” qəsəbəsi “Naftalan” klinikasının yaxınlığında Şəxs MMC tərəfindən villa tipli fərdi yaşayış evlərinin tikintisinin aparıldığı, görülən işlər zamanı ərazidə ətraf mühitə yayılan toz torpağın qarşısının alınması məqsədi ilə sulama işlərinin aparılmadığı müəyyən edilmişdir. Şəxs MMC–nin sözügedən ərazi üzrə sahə rəisi Eşqin Quliyevin iştirakı ilə tikinti işləri zamanı atmosferə yayılan toz hissəciklərinin miqdarı ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki, X5 xx.xx.2023-cü il tarixindən "xxxx" MMC–də iş icraçısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlər Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin verdiyi çıxarışa əsasən fərdi yaşayış evləri olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, ev 52, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, ev 57, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, ev 63, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, ev 66, ünvan 2 ünvanları xüsusi mülkiyyət növündə X3 məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlər Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin verdiyi çıxarışa əsasən torpaq sahəsi olan Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 75 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 85 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 92 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 96 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 98 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 100 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 102 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 104 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 106 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 108 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 110 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 112 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 132 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 133 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 134 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 135 saylı sahə, Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi 99, 154 saylı sahə xüsusi mülkiyyət növündə X3 məxsusdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi ərazi mülkiyyət hüququ ilə X3 məxsusdur. Qeyd edilən ərazidə tikinti işlərinin aparılmasına dair X4 ilə Şəxs MMC arasında hər hansı bir razılığın olduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 59 nömrəli qərarının 2.3 bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət qeydiyyatına alınmış zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin siyahısını Səhiyyə Nazirliyi ilə birlikdə hazırlayıb təsdiq edir. İş materiallarından isə tikinti gedən ərazidə havaya qalxmış tozun Səhiyyə Nazirliyi və Ekologiya Nazirliyinin birgə hazırlayıb təsdiq etdikləri siyahıda olması və yol verilən miqdarının təsdiq olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutumuş inzibati xətanın törədilməsinin iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2352/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2352/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver