Məhkəmə qərarları › İş №3(009)-2352/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2352/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2352/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7466904 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X10 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 Bakı şəhəri Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7466904 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X10 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci ildə aldığı sənəddən məlum oldu ki, o Bakı şəhər DYPİ Müşayiət- X14 inspektoru Polis Baş X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Həmin qərarla razı deyil, belə ki, o Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamış, sözügedən qərara əsasən guya o xx.xx.2025-ci il tarixində idarə etdiyi Mersedes-benz C200 CDİ minik markalı 99XV930 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Neftçilər PR 2 GPS 40.3627989,49.8353556 saylı ərazidə yolayıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək qayda pozuntusu etmiş. O heç bir qayda pozuntusu etmədiyini, hərəkətdə olarkən yolayrıcı qaydalarına tam riayət etdiyini, həmin vaxtı yol polisi əməkdaşı onu saxladı və o yol polisi əməkdaşına heç bir qayda pozuntusu etmədiyimi bildirmişdir. Həmçinin bildirmişdir ki, əgər qayda pozuntusu etmişsə görüntünü ona təqdim etsin, lakin yol polisi əməkdaşı ona heç bir görüntü təqdim etmədi və qanunsuz olaraq barəsində protokol tərtib etmişdir. Həmin ərazidə kameralar var və həmin kamera görüntülərinə baxılarsa onun heç bir qayda pozuntusu etmədiyi aydınlaşılacağı, sözü gedən qərar qarşı tərəfin təxmini fərziyəsinə əsasən yazıldığını, əsasız olaraq 100 manat cərimə edildiyini nəzərə alaraq Bakı şəhər DYPİ Müşayiət- X14 inspektoru Polis Baş X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs X7 məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, şikayət əsassızdır, belə ki, X2-benz C200 CDİ minik markalı 99XV930 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Neftçilər prospektində hərəkətdə olarkən yol patrul xidməti inspektoru vizual olaraq qayda pozuntusuna yol verildini aşkar etmiş və barəsində protokol tərtib olunmuşdur. Video-görüntülər 1 ay müddət keçəndən sonra silindiyinə görə hazırda təqdim edə bilmədiyi, X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, X2benz C200 CDİ minik markalı 99XV930 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Neftçilər prospektində hərəkətdə olarkən onun vizual olaraq qayda pozuntusuna yol verdiyin aşkar etdim. Törədilmiş qayda pozuntusunu izah etdikdə sürücü tərəfindən yerində heç bir narazıçılıq etmədən sənədlərini təqdim etdi və daha sonra barəsində protokol tərtib etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərarla X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Bakı şəhəri Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7466904 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X6 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və iş materiallar ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X6 şikayəti təmin edilmədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7466904 saylı inzibati tənbeh vermə haqqında qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 şikayəti təmin edilməsin. Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7466904 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar