Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-236/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, "xxxx" Firmasının nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 07 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X7 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Firmasının direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 07 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ”Xəzər-1 ” firmasının direktoru olaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında Protokol tərtib olunmuş və 07 yanvar 2022-ci il tarixli MN ******* seriyalı nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək firmanın direktoru 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair Qərar qəbul etmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə qeyd olunan qərar ləğv olunmalıdır. Belə ki, şikayətçi X5 üzərinə düşən əmək funksiyalarını kobud şəkildə pozduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən azad olunmuşdur. işdən azad olunan zaman ona əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesab verilmişdir. Nəticədə o qeyd olunan Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən çıxarılmasına narazı olduğundan həmin motivlə Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə şikayətçi X5 barəsində tam qanuni və əsaslə işdən çıxarılması barədə sənədlər təqdim olunmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi şikayətçinin tələbindən kənara çıxaraq, başqa motiv əsasında, yəni işçinin əmək haqqının düzgün hesablanmamasını əsas gətirərək onu 700 (yeddi yüz) marıat məbləğində inzibati cərimə edilməsi haqqında qərar vermişdir. Hesab edir ki, müvafiq İcra orqanı tərəfindən "xxxx" firmasının direktoru olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair inzibati tənbeh vermə haqqında Protokolu ləğv edilməli və 07 yanvar 2022-ci il tarixli MN ******* seriyalı nömrəli Qərarına xitam verilməlidir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək ‘Xəzər-1 ’'firmasının direktoru X7 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair 07 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 şikayətə etiraz edərək göstərmişdir ki, X2 "xxxx" Firmasının əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı müraciətinə X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı təqdim olunmuş sənədlərdən X5 ilə Firmanın arasında bağlanmış əmək müqaviləsinə 16.07.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. "xxxx" firması tərəfindən son haqq hesab hesablanarkən qanunvericiliyin tələblərinin pozularaq işçinin işlədiyi saatlara uyğun hesablanmamışdır. Belə ki, təqdim olunan sənədlərə əsasən əmək müqaviləsinə əsasən işçinin aylıq gəliri 260 manat, iyul ayı üçün iş saatı 159 saat olmuş və işçi isə 03 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək 84 saat işləmişdir -60 saat gündüz, 24 saat gecə. Nəticədə əmək haqqı ödənişləri tam şəkildə ödənilməmiş, daha az məbləğ 114 manat ödənilmiş, qanunvericiliyin tələbləri pozulduğundan vəzifəli şəxs "xxxx" Firmasının direktoru X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 haqq hesabının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ən qısa zamanda ödənilməsini təmin edilməsi "xxxx" Firmasından xahiş olunmuşdur. Qeyd olunanlara əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" Firmasının nümayəndəsi X11 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 07 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 24 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 "xxxx" firması tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq sonuncu iş günü ödənilməmişdir (tam həcmdə ödənilməmişdir.) . Bununla da, "xxxx" Firmasının direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X2 əmək və məzuniyyət haqlarının hesablanmasında riyazi hesablama nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Nəticədə "xxxx" Firmasının direktoru X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuş və o, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 2021-ci ilin iyul ayı üçün hesablanmış əmək haqqı cədvəlindən müəyyən olunur ki, nəzarətçi Məmmədli Məhəmmədə 114 manat əmək haqqı hesablanmış və ödənilmişdir. Həmçinin davamiyyət cədvəlindən müəyyən olunur ki, X4 03 iyul – 16 iyul 2021-ci il tarixlərində iş saatı 84 saat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X12 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı vətəndaş X2 şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Belə ki, X2 əmək və məzuniyyət haqlarının hesablanmasında riyazi hesablama nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Nəticədə "xxxx" Firmasının direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduğundan barəsində MN ******* saylı, 24 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 24 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qanun pozuntusuna yol verilməsi sübuta yetirildiyindən "xxxx" Firmasının direktoru X10 barəsində MN ******* saylı, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozduğuna görə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdıması zamanı müyyən edilmişdir ki, vətəndaş X2 əmək və məzuniyyət haqlarının hesablanmasında riyazi hesablama nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Nəticədə "xxxx" Firmasının direktoru X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuş və o, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi X12 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, "xxxx" Firmasının direktoru X10 vətəndaş X2 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol vermişdir. Ona görə də MN ******* saylı, 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X7 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayətçi qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X10 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 07 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Firmasının direktoru X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 07 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-236/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-236/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver