Məhkəmə qərarları › İş №3(009)-2368/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2368/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2368/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 18 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə çıxarılmış 02 oktyabr 2023-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC X1 üzrə menecer vəzifəsinə qəbul edilməsi barədə xx.xx.2018-ci il tarixdə 120 №-li əmr verilmişdir. İşİndə nöqsanlar akar edildiyindən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 79 №-li əmrə əsasən X14 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. X14 14 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət edərək - “hər il ona məzuniyyət ərizəsi yazdırıb məzuniyyətin verilməməsini, 5 günlük iş rejimində işlədiyi halda şənbə və bazar günləri, bayram günü və s qeyri iş günlərində qeyri rəsmi şirkət daxili əmrlərlə işlədilməyini qeyd etmişdir”. Nəzərə çatdırılır ki, X14 hər il müvafiq əmrlərə əsasən məzuniyyətə çıxmışdır, 5 günlük iş rejimindən əlavə şənbə və bazar günlərində işləməmişdir, məzuniyətə çıxmaması və şənbə və bazar günləri işləməsi barədə müfəttişliyə heç bir sənəd və sübut əlavə etməmişdir. X6 tutduğu vəzifədən əsassız çıxarıldığına görə ona qarşı yəni şirkətin baş direktoruna qarşı cərimə tətbiq olunması barədə xx.xx.2023-cü il tarixdə ******* № qərar çıxarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-5/2-28683/2023 №-li məktubuna əsasən, bizdən X6 şikayətinə əsasən 1.əmək müqaviləsinin və bildirişin surətinin (Əlavə və dəyişikliklərlə birlikdə), 2. Xitam əmrinin, xitam bildirişinin və işdən azad olunma ərizənin surətinin, 3.İşlədiyi dövr üzrə iş vaxtı uçotu cədvəlinin və əmək haqqı hesab cədvəllərinin surətinin, 4.İşlədiyi dövr üzrə əmək haqlarının ödənildiyini təsdiq edən sənədlərin surətinin 5,Son haqq-hesabın hesablanması cədvəlinin surətinin, 6. Son haqq- hesabın ödənildiyini təsdiq edən sənədin surətinin (Bank çıxarışı və ya bank arayışı) və Vətəndaşın müraciətində qeyd etdiyi məsələyə dair məktubun surətinin təqdim edilməsini xahiş etmişdir. Tələb edilən sənədlər tərəfimdən müfəttişliyə təqdim edilmişdir. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 71/1 saylı əmrinə əsasən Kürdəmir- Ağdaş rayonu zonasından 12 saylı xətt üzrə fəaliyyət göstərən X7 maddi məsuliyyətində olan mallar sayılaraq komissiya üzvü X3, daxili auditoru X8 iştirakı ilə 62 saylı xətt üzrə fəaliyyət göstərən satış üzrə menecer X2 təhvil verilmişdir və həmin aktı - satış üzrə menecer Süleymanov Bəhruz, satış müdiri Bayramov Laçın, süpürvayzer İbrahimov Müşviq, daxili auditor Qasımov Arif və təhvil alan Süleymanov Bəhruz öz imzaları ilə təsiq etmişlər. 12 saylı xətt üzrə aparılmış 11 iyul 2023-cü il tarixli təhvil-təslim aktına 1 Ne-li əlavədə xəttin borcu 52953.97 manat, marketin borcu 22618.75 manat, bağlı dükanlar 10176.28 manat, problemli dükanlar 1564.16 rnanat müəyyən edilmişdir. Xəttin borcu olan 52953.97 manatdan, marketin borcu olan 22618.75 manatı, bağlı dükanların borcu olan 10176.28 manatı, problemli dükanların borcu olan 1564.16 manatı çıxdıqdan sonra X6 borcu 18594,78 manat müəyyən edilmişdir. 11 iyul 2023-cü il tarixli təhvil-təslim aktına 1 №-li əlavəni audit üzrə menecer Arif Qasımov və satış müdiri Laçın Bayramov öz imzaları ilə təsdiq etmişlər. X6 şirkətin pul vəsaitlərinin mənimsəməsi fakdı həmçinin dəvət olunmuş müstəqil audit yoxlaması tərəfindən də öz təsdiqini tapmışdır.(Auditor Palatasının üzvü X12) X14 tərəfindən "xxxx" MMC-nin pul vəsaitlərinin mənimsəmə fakdı üzrə toplanmış sənədlər xx.xx.2023-cü il tarixdə onun cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün Mingəçevir Şəhər Prokrorluğuna təqdim edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 18 sentyabr 2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə çıxarılmış inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 02 oktyabr 20231 cü il tarixli MN ******* nömrəli qərar ləğv edilməlidir və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış "xxxx" MMC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək göstərmişdir ki, X6 tərəfindən müəssisəyə ziyan vurulmuşdur. X6 barəsində hətta cinayət təqibinin başlanılması üçün istintaq orqanına müraciət olunmuşdur. Müəssisədə yol verilmiş yeyinti halları təhvil-təslim aktları ilə sübut olunur. Müəssisədə daxili audit keçirilmiş və işçi tərəfindən yeyinti hallarına yol verilməsi öz təsdiqini tapmışdır. Bu əsasla işçinin əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə komissiya yaradılmışdır. İşçi işdən çıxarılan zaman audit rəyi hələ tərtib olunmamış olsa da, komissiya artıq yaradılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 vəsatət verərək bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi təhvil-təslim aktları qeyd edilmişdir. Lakin təhvil-təslim aktı işçinin işdən azad olunması üçün əsas ola bilməz. Belə ki, əsas kimi auditor rəyi qeyd olunmalı idi. Auditor rəyi isə həmin dövrə aid olsa da, sonradan alınmış rəydir, yəni faktiki işçi işdən çıxarılan zaman auditor rəyi mövcud olmamışdır. Audit rəyi 06 oktyabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Bundan əlavə, keçirilmiş audit müəssisədaxili audit olmuş və audit rəyi tərtib olunmuşdur. Həmçinin əmrdə işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddənin hansı bəndinə əsasən işdən azad olunması göstərilməmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin inzibati tənbehvermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan X10 Xidmətinin MN ******* saylı, 18 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinin tələbləri pozulması müəyyən edilmişdir. İş materiallarında olan X10 Xidmətinin MN ******* saylı, 02 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinin tələbləri pozulmuş və o, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-də satış üzrə menecer işləyən X6 əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş sənədlərdən görünür ki, işçinin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilsə də, audit rəyi 06 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Həmçinin audit rəyi əmək müqaviləsinə xitam verilməsinin əsası kimi qeyd olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X10 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 02 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı vətəndaş X6 şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Belə ki, X6 əmək müqaviləsinə xitam verilməsi zamanı qanun pozuntusuna yol verilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərini pozduğundan barəsində MN ******* saylı, 02 oktyabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi X10 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, "xxxx" MMC-nin direktoru X11 vətəndaş X6 əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol vermişdir. Ona görə də MN ******* saylı, 02 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X5 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62.2-ci maddəsinə əsasən İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 2-ci bəndində qeyd olunmuşdur ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərədə tutulmuşdur ki, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X11 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 02 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 02 oktyabr 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar