Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2369/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 1.12.2024-cü il tarixli, EQ 24847472 saylı məlumat əsasında 6.12.2024-cü ildə qanuna zidd əsaslarla ödənən pul müqabilində e-kabinetindən və e-polis xidməti portalından silinən məlumatlar barədə xx.xx.2025-ci il tarixli, iş №3-xx-xx/9550/25 saylı, İnzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, 16/1-147156 nömrəli qərarından verdiyi şikayətə işə baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 1.12.2024-cü il tarixli, EQ 24847472 saylı məlumat əsasında 6.12.2024-cü ildə qanuna zidd əsaslarla ödənən pul müqabilində e-kabinetindən və e-polis xidməti portalından silinən məlumatlar barədə xx.xx.2025-ci il tarixli, iş №3-xx-xx/9550/25 saylı, İnzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, 16/1-147156 nömrəli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslar müəyyən etmişdir. Belə ki, işə baxılmağa hazırlıq mərhələsində X1 şikayət ərizəsindən şikayətinin mahiyyətini, konkret olaraq hansı qərardan şikayət verildiyini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, X3 barəsində şikayət verdiyi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 16/1-147156 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı da daxil olmaqla iş üzrə məhkəmə sübut qismində təqdim etdiyi materialların əksəriyyətini işə şəkil formatında əlavə etmiş və həmin şəkillərin altında yazılar yazılmışdır. Belə olan halda işə mahiyyəti üzrə baxılması da mümkün deyildir. Əlavə olaraq, X2 izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, konkret olaraq şikayətin mahiyyətini ifadə edən şikayət ərizəsi və həmin ərizəyə barəsində şikayət verilən qərar və iş üzrə əhəmiyyət kəsb edən sübutlar əlavə olunmaqla məhkəməyə yenidən müraciət edilə bilər. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Şərh olunanları və Azərbaycan Respublikası İXM-in 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2369/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2369/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver