Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-237/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, X1 iştirakı ilə, ƏMDX-in Bakı Ərazi Şöbəsinin Məsləhətçi-müfəttişi X3 tərəfindən qəbul olunmuş 23.07.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X8 ƏMDX-in Bakı Ərazi Şöbəsinin Məsləhətçi-müfəttişi X3 23.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09.07.2021 -ci il tarixində yaşadığı Badamdar qəsəbəsi, Cənub küçəsi ev 5 ünvanına AR-sı ƏMDX-nin müfəttişi X3 yaxınlaşaraq xəbərdarlıq etmədən ondan sənədlər tələb etmişdir. O, həmin tikilinin 1998-ci il tarixində inşa edildiyini və qanuni sənədləri olmasını bildirsə də buna məhəl qoymayaraq ona 500 manat cərimə protokolu tərtib edilib poçt vasitəsi ilə göndərilmişdir. Qəbul olunmuş qərar ədalətsiz və qərəzli hesab edir. Belə ki, törədilən inzibati xəta zamanı bütün digər qurumlar kimi nəzərdə tutulmuş qanuni reyestr sənədlərim olmasına baxmayaraq ona cərimə hesablanmışdır. Baxışdan öncə inzibati xəta üzrə inzibati cəza kimi xəbərdarlığın edilməsi zəruri hesab edilir. Lakin nə ona nə də ki, ona sərəncam verən İcra Hakimiyyətinə bu barədə heç bir məlumat verilməmişdir. Hesab edirə ki, hazırkı protokol ətrafı araşdırılmalıdır. 2004-cü ildən kommersiya işığı və kommersiya suyuna görə ödəniş edir. 01.12.1999-cu il tarixindən Bakı şəhər İcra Hakimiyyətinin 1 148-saylı Sərəncamını əsas tutaraq “Bakı şəhəri İstehlak və xidmət bazarının təmzinlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasaən Badamdar qəsəbəsində fərdi yaşayış evinin 60 kv.m ticarət sahəsi kimi istifadə edilməsinə 25.07.2000-ci il tarixli məktubuna əsasən Səbail rayon İcra Hakimiyyəti etiraz etməmişdir. Göstərilənləri nəzərə alaraq ƏMDX-in Bakı Ərazi Şöbəsinin Məsləhətçi-müfəttişi X3 tərəfindən qəbul olunmuş 09.07.2021 -ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8, ƏMDX-in Bakı Ərazi Şöbəsinin Məsləhətçimüfəttişi X3 tərəfindən qəbul olunmuş 23.07.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ƏMDX-in Bakı Ərazi Şöbəsinin Məsləhətçi-müfəttişi X3 tərəfindən qəbul olunmuş 09.07.2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının 13.08.1999-cu il tarixli 1199 saylı Sərəncamı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsində qeyri-yaşayış binası inşa edərək torpaq sahəsinin kateqoriyasını dəyişmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş ƏMDX-in Bakı Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 23.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 09.07.2021-ci il tarixli, MN ******* saylı protokola əsasən Səbail rayonu, Badamdar şossesi ünvanında yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində qeyri-yaşayış binası inşa edilmişdir. Nəticədə X8 AR İXM-nin 251.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının 13.08.1999-cu il tarixli 1199 saylı Sərəncamından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmış 600 kv.m torpaq sahəsinin X7 adına rəsmiləşdirilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının 25.07.2000-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 1 148-saylı Sərəncamını əsas tutaraq “Bakı şəhəri İstehlak və xidmət bazarının təmzinlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi yaşayış evinin 60 kv.m ticarət sahəsi kimi istifadə edilməsinə Səbail rayon İcra Hakimiyyəti etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, X8 vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta haqqları ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə -fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı X5 Azərbaycan Respublikası İXM-nin 251.2-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından şikayət təmin edilməli və ƏMDX-in Bakı Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 23.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində ƏMDX-in Bakı Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 23.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-237/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-237/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver