Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-237/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilən X10 nümayəndəsi fərdi fəaliyyət göstərən vəkil X8, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati tənbeh vermə haqqında 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X10 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X12 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər idarəsinin 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsinini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla X12 ilə Özbəkistan Respublikasının vətəndaşı olan X6 arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla xx.xx.2021- ci il tarixdə 3EEE530000100 nömrəli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən X6 kosmetoloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə isə 001/1 saylı əmrlə sözügedən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. 07 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəmdə MN seriyalı, ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən mənim Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi almadan Özbəkistan Respublikasının vətəndaşı olan X2 işə götürməyim əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir) törətməyim qeyd olunmuşdur. Həmin protokol əsasında 13 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişəm. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, 13 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərar qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv edilməlidir. X3 xx.xx.2021-ci il tarixli, 3EEE530000100 nömrəli əmək müqaviləsinin bağlandığı dövrdə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilmiş və icazə vəsiqəsi mövcud olmuşdur. Bu səbəbdən X6 üçün iş icazəsinin alınmasına ehtiyac olmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən isə bütün bu hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Digər tərəfdən qeyd edək ki, barəmdə 13 dekabr 2022-ci il tarixdə qərar qəbul edilmişdir. X6 arasında əmək müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Əmək müqaviləsinin bağlanması tarixi ilə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qəbul edilməsi tarixi arasında 1 (bir) ildən çox müddət keçmişdir. Yuxarıda qeyd olunan maddəyə əsasən bildirirəm ki, hətta əməlimdə inzibati xəta tərkibi olmuş olsaydı belə, qərar qəbul edilən tarixdə inzibati məsuliyyətə cəlb edilmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmçinin qeyd edək ki, sözügedən qərar mənə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Odur ki, bütün yuxarıda qeyd edilən halları əsas gətirərək məhkəmədən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 13 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi X11 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər İdarəsinin 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər İdarəsinin 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, 29 may 1981-ci il təvəllüdlü X12 tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi şəxsi işə cəlb etdiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə görə işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X12 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla və iş icazəsi alınmadan əcnəbi şəxs X4 ilə əmək müqaviləsi bağlayaraq onu işə cəlb etmişdir. Belə ki, X1 iş icazəsi olmamışdır. Bunun əksini təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər idarəsinin 13 dekabr 2022-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər idarəsinin 13 dekabr 2022-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-237/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-237/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver