Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2372/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2024-cü il tarixli 00700-00229/** EP ***8016 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33-1800/012/003651 nömrəli raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 24000 kq çəkisi olan “mis ərinitləri-anod” yük Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********359 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaircdə emal xüsusi gömrük prosedurunda ixrac edilmiş, xx.xx.2024-cü il tarixli **********4701 sorğu nömrəli gömrük bəyannamə üzrə 23981.29 kq çəkidə saflaşdırılmış misdən katodlar halında emal məhsulu idxal olunmuş və gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. xx.xx.2024-cü il tarixdə xaricdə emal müddəti bitməsinə baxmayaraq emaldan sonra cəmi 511.29 kq çəkidə emal məhsulu bugünədək xaricdə emalda qalmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********359 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2024-cü il tarixli 25 nömrəli invoys sənədi, xx.xx.2023-cü il tarixli 08/23E nömrəli müqavilə və Sumqayıt Gömrük İdarəsi tərəfindən verilmiş icazə sənədləri əsasında “mis-ərinitləri-anod” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və xx.xx.2024-cü il tarixədək geri qaytarması barədə öhdəlik götürməklə xaricdə emal olunmaq üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Sarkuysan Elektrolitik Bakır San və Tic. A.Ş” şirkətinə göndərilmişdir. Və bugünədək 511.29 kq çəkidə emal məhsulu təkrar idxal olunmamışdır. Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 333- 18000/012/004014 nömrəli cavab raportunda 511.29 kq çəkidə emal məhsulunun təxmini dəyəri 3900.63 ABŞ dolları müəyyən edilmiş və çəkisi 511.29 kq olan mal xaricdə emal xüsusi gömrük prosedurunda deyil, ixrac gömrük prosedurunda rəsmiləşdirilsəydi hasilat norması hesablanmadan 511.29 kq mis ərintiləri-anod halında emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 3581.76 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük yığımları 120 AZN və ixrac gömrük rüsumu isə 13.05 AZN hesablanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələri ilə nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə 24000 kq “Mis ərintiləri-ANOD” yükünü Sumqayıt Gömrük İdarəsində **********0539 sorğu nömrəli GB-ilə “xaricdə emal” xüsusi gömrük proseduru altında bəyan edərək rəsmiləşdirmişdir. Qeyd olunan prosedur şərtlərinə əsasən sözügedən bəyannamə üzrə mallar xaricdə emaldan sonra hasilat norması çıxılmaqla 23981,29 kq saflaşdırılmış misdən katodlar halında gömrük ərazisinə təkrar idxal olunmalıdır. Xaricdə emaldan sonra xx.xx.2024-cü il tarixdə **********4701 sorğu nömrəli gömrük bəyannaməsi ilə 23470 kq alüminiumdan müxtəlif profillər halında emal məhsulu idxal olunmuş və gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Lakin xaricdə emaL müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra cəmi /511.29 kq emal məhsulu bu günədək xaricdə emalda qalmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmişdir. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixli, 3-33- 1800/013/003688 saylı raportun icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli **********0539 saylı gömrük bəyannaməsi ilə "xxxx" MMC tərəfindən xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq bugünədək təkrar idxal edilməyən 511.29 kq çəkidə saflaşdırılmış misdən katodlar olan emal məhsulunun təxmini dəyəri 3900.63 ABŞ -əmçinin qeyd edilən gömrük bəyannaməsi üzrə 511.29 kq çəkidə saflaşdırılmış ar -atodlar olan emal məhsulu xaricdə emaldan sonra idxal yox, ixrac gömrük prosedurunda hasilat norması hesablanmadan 511.68 kq mis ərintilərindən-anod halında rəsmiləşdirəcəyi halda emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 3581.76 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük ödənişləri gömrük yığımları 120 AZN və ixrac gömrük rüsumu 13.05 AZN təşkil edəcəkdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin X2 İdarəsinin xx.xx.20204- cü il tarixli GM **********26 saylı ekspert rəyinə əsasən Şəxs MMC-nin tərəfindən 25 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə emal məqsədilə ixrac olunan yük XİF MN-nə görə aşağıdakı qaydada sinifləşdirilir, təqdim olunan texnoloji proses əsasında hasilat forması düzgün tərtib olunub və ixrac olunan malların emal məhsulu ilə kimyəvi tərkibinə görə eyniləşdirilməsi mümkündür. İş materiallarında olan protokoldan məlum olur ki, inzibati icraat aparılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi Eldar Qarayev vahid oğlu izahatında xx.xx.2024-cü il tarixli **********0539 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xaricdə emal müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra cəmi 511.29 kq emal məhsulu bügünədək xaricdə emalda qalmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmiş, yaxud dgər gömrük prosedurunda rəsmiləşdirilməməsi ilə bağlı bildirmişdir ki, hesab edir ki hasilat norması hesablanmasına görə qalıq çəki görünür və qeyd edilən çəkidə olan emal məhsulu idxal edə bilmirlər. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə təqsirli bilinərək onun barəsində İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 3581.76 (üç min beş yüz səksən bir, yetmiş altı) ABŞ dolları qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş 30 faizi miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 76.1, 114-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 3581.76 (üç min beş yüz səksən bir, yetmiş altı) ABŞ dollarının otuz faizi miqdarında, yəni 1074.53 (bir min yetmiş dörd, əlli üç) manat (ABŞ dolları ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Sədrlik edən: Şəhla Süleymanova